Türk dünyası bu payız bir ilkə imza atacaq. Türkiyənin ən çox seçilən təhsil və inkişaf platforması Alfa Activity 2022-ci ilin zirvəsini təqdim edir! 16-26 oktyabr 2022-ci il tarixlərində baş tutacaq Psixilogiya Sammitində ölkəmizdən və Türkiyədən olan psixoloqlar iştirak edəcək.
Youtube üzərindən onlayn şəkildə yayınlanacaq seanslara link vasitəsilə 20 gün ərzində yenidən baxmaq mümkün olacaq. Proqram onlayn şəkildə təşkil olunduğu üçün evdən, işdən və ya istənilən yerdən rahatlıqla qatılmaq mümkün olacaq.
Türkiyədə bir ilk olan layihə çərçivəsində Psixoloq, Yazar Prof. Dr. Acar Baltaş “Potensialını həyatında göstər” mövzusunda, Psixator, Yazar Prof. Dr. Kemal Sayar “Ruhi Dayanıqlılıq və Travma sonrası böyümə”, Akademik, Yazar Prof.Dr. Binnur Yeşil Yarpaq “Özünü terapiya, uşaqlıq yaralarını sarımaq”, Psixator, Yazar Prof.Dr.Mehmet Zihni Sungur “Yaxşı ailə və yaxşı cütlük olmaq”, Psixatr, Yazar Prof.Dr. Hakan Türkçapar “Sevgi və Münasibətlər”, Yazar Prof.Dr. Sinan Canan Akademik, “Dəyişən Beyin” mövzusunda spiker kimi çıxış edəcəklər.
Psixilogiya Sammitində ölkəmizi spiker olaraq “Inkişaf travması və bağlanma” mövzusu ilə Uşaq və Yeniyetmə Psixiatrı Uzm. Dr. Aydan İsgəndərzadə təmsil edəcək.
Tags
21 Sentyabr 2022, 13:28