1. Home
  2. Aestetic
Aestetic

Fidan Mustafayeva üz anatomiyasına dair seminarın spikeri olacaq

24 Sentyabr 2022

Tanınmış estetik həkim Fidan Mustafayeva 25 sentyabr tarixində JW Marriott Absheron” otelində  “Estetik injektorlar üçün üz anatomiyası - Top 5 mövzu: Əzələ sistemi, onun sinir və qan təchizatı, ligamentlər və piy paketləri” adlı mövzu ilə çıxış edəcək. "Laser Beauty" estetik klinikasının rəhbəri, estetik həkim-dermatoloq Rəna Soltanovanın rəhbərlik etdiyi “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirin əsas məqsədi seminar iştirakçılarına kosmetologiya sahəsindəki yeniliklər haqqında məlumat vermək, tətbiq olunan müasir metodlar və texnikalarla onları tanış etməkdir. 

Sözügedən seminarın spikeri Fidan Mustafayeva estetik kosmetologiya sahəsində çalışan mütəxəssisləri ən trend prosedurlarla tanış edəcək və zəngin zəngin təcrübəsini bölüşəcək. İştirakçılar üçün faydalı olacaq bu seminarda onlar anatomik, nəzəri və praktiki biliklərini artıracaqlar. 

Qeyd edək ki, master-klassın sonunda Dr. Rəna Soltanova və “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin imzası ilə iştirakçılar sertifikatlarla təltif olunacaqlar.