1. Home
  2. Aestetic
Aestetic

Tanınmış həkim dermatoloq Rəna Soltanova estetik kosmetologiyada çalışan mütəxəssislər üçün master-klass təşkil edəcək

24 Sentyabr 2022

"Laser Beauty" estetik klinikasının rəhbəri, estetik həkim-dermatoloq Rəna Soltanovanın təşkilatçılığı ilə 25 sentyabr tarixində "JW Marriot Absheron" otelində estetik kosmetologiya ilə bağlı növbəti master-klass keçiriləcək. Peşəkar həkim dermatoloq Rəna Soltanovanın rəhbərlik etdiyi “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq seminarın əsas məqsədi iştirakçılara kosmetologiya sahəsindəki yeniliklər haqqında məlumat vermək, tətbiq olunan müasir metodlar və texnikalarla tanış etməkdir. Master-klassda "Laser Beauty" klinikasının həkimləri Rəna Soltanova, Fidan Mustafayeva və Natavan Əmirova spiker qismində çıxış edəcəklər. 

Estetik sahəsində çalışan mütəxəssislər yaxşı bilirlər ki, təbii proses hesab olunan yaşlanmanı gecikdirmək bu gün estetik kosmetologiyanın qarşısında duran vacib məsələlərdən ən başlıcasıdır. Zaman keçdikcə hüceyrələrin yaşlanması və cazibə qüvvəsinin təsiri ilə dəridə sallanma müşahidə olunur. Məhz temporal lift proseduru yaşlanma ilə əlaqədar alın nahiyəsinin sallanan toxumaları uzatmaq üçün istifadə edilir. Sürətli reablitasiya və qısa zamanda sosial mühitə adaptasiya isə estetik prodsedurların önəmli mərhələlərindən biridir. Dr. Rəna Soltanova bu sahədə “Double Babyboom” ("Əməliyyatsız temporal lift"), yanaqlar, çənələr və ağız nahiyəsində həcm itkisi zamanı yaranan nazolabial xətlərin aradan qaldırılması ilə bağlı “Nasalobial lift” və “Yeni texnika Fresh Up” mövzuları ilə çıxış edəcək.

Qeyd edək ki, Master-klassın sonunda Dr. Rəna Soltanova və “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin imzası ilə iştirakçılar sertifikatlarla təltif olunacaqlar.