Tanınmış həkim-kosmetoloq Fidan Mustafayeva “JW Marriott Absheron” otelində kosmetologiya sahəsində çalışan gənc mütəxəssislər üçün "Üzün estetik anatomiyası" mövzusunda master-klas keçib. Geniş auditoriya qarşısında çıxış edən peşəkar həkim iştirakçıları ən trend prosedurlarla tanış edərək, zəngin təcrübəsini bölüşüb.
"Mövzu estetik kosmetologiyada işləyənlər üçün olduqca faydalı oldu və bu seminarda onlar anatomik, nəzəri və praktiki biliklərini artırdılar. Əminəm ki, hər bir kosmetoloq bu gün burada öyrəndiyi müasir texnikaları və üsulları sözügedən sahədə uğurla tətbiq edəcək", - deyə Fidan Mustafayeva qeyd edib.
Seminar zamanı peşəkar həkim nəzəri biliklərlə yanaşı praktiki olaraq lazım olan prosedurları nümayiş etdirdi. "Seminar iştirakçılara anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə və öyrənməyə imkan verdi", - deyə Fidan Mustafayeva əlavə edib.
Qeyd edək ki, master-klasın sonunda “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin rəhbəri Dr.Rəna Soltanovanın imzası ilə iştirakçılar sertifikatlarla təltif olunublar.
Tags
05 Dekabr 2022, 00:59