1. Home
  2. Event
Event

Azərbaycanlı estetik həkimlər Rəna Soltanova və Fidan Mustafayeva İstanbulda beynəlxalq konfransda spiker olaraq yer aldılar

10 Dekabr 2022

Yüz plastik Cerrahi Derneğinin təşkilatçılığı ilə 9-11 Dekabr 2022-ci il tarixində İstanbulda  beynəlxalq konfrans baş tutacaq. Bu il 16-cısı keçirilən konfransda ölkəmizi LB estetik klinikasının  estet həkimləri dr. Rəna Soltanova və dr. Fidan Mustafayeva təmsil edəcəklər. Qeyd edək ki, Rəna Sultanova eyni zamanda LBC klinikasının rəhbəri və baş həkimidir.  Tibb sahəsində günümüzün aktual problemlərinin müzakirə olunacağı konfrasda öz sahəsində mütəxəssis olan həkimlər iştirak edəcəklər. Dərnəyin builki proqramına üz plastik cərrahiyyəsi üzrə seans və panellərlə yanaşı kurslar və canlı əməliyyatlar da daxildir.

Konfransda eyni zamanda  bilik və praktiki bacarıqlarını inkişaf etdirmək və bölüşmək arzusunda olan estet həkimlər də qatılacaqlar. “Yüz plastik Cerrahi Derneği”nin təşkilatçılığı ilə baş tutacaq konfransda Dr. Rəna Sultanova üzün önəmli şəkilləndirici qismi olan alın estetikası ilə bağlı “Barbie Forehead”  mövzusunda, Dr. Fidan Mustafayeva isə estetikanın tələbatlı sahəsi olan dodaq estetikası ilə bağlı “Russian Lips” mövzusu ilə spiker qismində çıxış edəcəklər.

Həkimlərimizə uğurlar arzulayırıq!

Tags