Gəncliyimizin inkişafı, gələcəyimizin təminatı deməkdir. Bu gün gənclərimiz dünyanın müxtəlif ölkələrində dövlətimizi layiqincə təmsil edirlər. Tibb sahəsində öz istedadı, perspektivi ilə seçilən və ölkəmizi dünyada təmsil edən gənc həkimlərimizdən biri də dr.Vüqar Ələkbərovdur.
Azərbaycanda və Türkiyədə uğurlu estetik əməliyyatları ilə tanınan azərbaycanlı cərrah dr.Vüqar Ələkbərov 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil alıb. 2005-ci ildə universiteti qırmızı diplomla bitirdikdən sonra o, tibb təhsilini Türkiyənin İzmir şəhərində Ege Universitetində davam etdirib. Bununla yetinməyən gənc həkim 2007-2012 ci illərdə Bursa şəhəri Uludağ Universitetinin Plastik Estetik ve Rekonstruktiv cərrahiyyə bölümündə uzmanlıq təhsili alır. Uzmanlıq təhsili müddətində Vüqar Ələkbərov Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyir və geniş təcrübə qazanır.2013-cü ildən Bakıdakı özəl klinikaların birində plastik estetik cərrah kimi fəaliyyətə başlayan gənc cərrah bugünə qədər 5000-ə yaxın uğurlu əməliyyata imza atıb.
Dünyada tibb sahəsində baş verən yenilikləri yaxından təqib edən gənc cərrah Azərbaycanla bərabər Türkiyədə də çalışmasının səbəbini belə izah edir: “Plastik, Rekonstruktiv cərrahiyə təhsilimi 7 il müddətində Türkiyədə aldığım üçün qardaş ölkədə də xidmət etməyi özümə bir vəfa borcu olaraq görürəm. Eyni zamanda Azərbaycanda modern plastik cərrahiyyənin təməlini qoyuram”. Qeyd edək ki, Dr.Vüqar Ələkbərov Azərbaycanda öz markası olan VAPS (Vugar Alakbarov Plastic Surgery) özəl cərrahiyə mərkəzində fəaliyyətini davam etdirir.
Dr. Vüqar Ələkbərov 30 oktyabr 2022-ci il tarixində Global Health Awards layihəsində ilin “The Best Professional Plastic Surgeon” nominasiyasına layiq görülüb.
Tags
10 Dekabr 2022, 17:43