1. Home
  2. Medicine
Medicine

Peşəkar həkim- Mama Ginekoloq Elnurə Salmanova qadınların qorxulu yuxusuna çevrilən uşaqlıq boynu xərçəngindən danışdı

10 Dekabr 2022

 Müasir zamanda bəzi xəstəliklərin qarşısını bəsit testler ilə almaq mümkündür. Uşaqlıq boynu xərçəngi bu cür xəstəliklər sırasındadır. Hər il dünyada bu xəstəliyə tutulan qadınlar kifayət qədər çoxdur. Uşaqlıq boynu xərçəngi qadınlar arasında yayılmasına görə süd vəzi xərçəngindən sonra ikinci yerdə durur. Esas sebebi cinsel keçişli Hpv virusları olan bu xestelik,bəsit  müayine zamanı aşkarlana biler. Qadınların ginekoloji müayinədən zamanında keçməməsi bu xesteliyin vaxtında aşkarlanmamasına sebeb olur. Çünki bu xəstəliyi erkən mərhələdə aşkar etmek ve müalicə etmək mümükündür.
 
Məhz buna görə də bu sahə  hər zaman peşəkarlara ehtiyac duyur. Elnurə Salmanova öz sahəsinin təcrübəli həkimlərindəndir. Füzuli rayonunda anadan olan  həkim-cərrah orta təhsilini Bakı şəhərində başa vurur. O, 2001- 2008 ci illərdə ATU-nun  “Müalicə işi” fakültəsində ali tibb təhsil alır. Gənc həkim 2010-2013-cü illərdə ümumi cərrah kimi fəaliyyətə başlayır. Özünü təkmilləşdirmək məqsədilə Elnurə Salmanova 2016-2020 ci illərdə, Türkiyənin Mərmərə Universitetində “Qadın xəstəlikləri və doğum” bölümündə uzmanlıq təhsilinə başlayır  və təhsilini Necmettin Erbakan Üniversitesi Meram tıp fakültesində başa vurur.


O, 2020-ci ildə vətənə olan borcunu qaytarmaq üçün həkim-cərrah kimi könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak edir. Müharibədən sonra öz ölkəsinə qayıdıb səhiyyəmizə xidmət etmək qərarına gələn Dr. Elnurə Salmanova hazırda Respublika Perinatal Mərkəzində cerrah mama-ginekoloq olaraq fəaliyyət göstərir. Bu günə qədər çoxsaylı uğurlu açıq və qapalı əməliyyatlar, kistlər və miomaların lakroskopik üsulla əməliyyatına imza atan peşəkar həkim- cərrah qadınların bəlasına çevrilən uşaqlıq boynu xərçəngindən danışarkən qeyd edir ki: “Bu xəstəlik əsasən səssiz irəliləyir. Xəstəlik aşkarlananda müalicə üçün çox gec ola bilər. Uşaqlıq boynu xərçəngi elə bir xəstəlikdir ki, onu ancaq birinci və ikinci mərhələlərdə əməliyyat etmək olur. Əks təqdirdə xəstə üzərində radioterapiya tətbiq olunur ki, bu da həyat üçün riskli bir prosedurdu. Bu xəstəliyə qalib gəlməyin əsas yolu müntəzəm olaraq ginekoloq müayinəsindən keçməkdir”.


Qeyd edək ki, hazırda ölkəmizdə uşaqlıq boynu xərçəngi ilə mübarizə üsulu kimi  İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  dəstəklədiyi skrining testlər mövcuddur. Paptest adlanan bu test ginekolojik müayinə əsasında həyata keçirilir. Bu xidmətdən istifadə etməklə, hər bir qadın  ölümcül bir xəstəliyin caynağından qurtulmuş olar.
Dəyərli xanımlar, sağlamlığınız üçün ildə bir dəfə ginekolojik müayinədən keçməyiniz şərtdir!