Gözəl görünmək qadınlıq instinktinin prioritetlərindəndir. Lakin zamanla baş verən bioloji yaşlanma bir sıra problemləri də özü ilə birgə gətirir. Zamana qarşı savaşda zərif cinsin nümayəndələrinin ən böyük dəstəkçisi isə gözəllik mütəxəssisləridir. Gözəlliyimizin qorunmasında peşəkarların sehirli çubuğunun rolu danılmazdır.
Öz sahəsində söz sahibi olan mütəxəssilərdən biri də "Laser Beauty" klinikasının təcrübəli həkimi Dr. Nigar Sultanovadır. 2007-ci ildə Azərbaycan Tibb Universitetini bitirən gənc həkim tibb təhsilini davam etdirərək 2008-2010-cu illərdə Ukraynada Xarkov Dövlət Farmakoloji Universitetində magistratura təhsil alır. O, 2012-2015-ci illərdə özəl klinikada həkim-kosmetoloq kimi fəaliyyət göstərir. 2016-cı ildə özünü təkmilləşdirmək üçün Ukraynada Xarkov “Valmari” və 2017-ci ildə "KEPRO SCHOOL ESTETİK" məktəbində “estetik kosmetologiya” kursunu bitirir.
İnkişafda olan dünyanın bütün yeniliklərinə hazır olmaq lazımdır. Nigar xanım estetik kosmetologiya sahəsində baş verən yenilikləri öyrənmək və öz işinə tətbiq etmək üçün ölkəmizdə və xaricdə çoxsaylı konfrans, təlim, kurs və konqreslərdə iştirak edib.
Peşəkar həkim 2016-cı ildən 2 nömrəli Tibb Baza Kollecində müəllim kimi, 2017-ci ildən isə "Laser Beauty" Klinikasında həkim-kosmetoloq kimi fəaliyyət göstərməkdədir.Dr. Nigar Sultanova 30 oktyabr 2022-ci il tarixində "Global Health Awards" layihəsində ilin “The İnnovative Cosmetologist” nominasiyasına layiq görülüb.
Tags
12 Dekabr 2022, 03:52