1. Home
  2. Event
Event

Peşəkar gözəllik mütəxəssisi Dr. Arzu Həsənovanın növbəti uğuru

12 Dekabr 2022

Qadın gözəlliyi zərif bir çiçəyə bənzəyir. Ancaq təəssüf ki, o həssas və keçicidir. Hər bir qadın cazibədar, baxımlı və cavan qalmaq istəyir. Kosmetologiya qadınlara bu şansı verir. Xüsusilə son bir neçə ildə bu sahəyə artan tələb öz işini bilən kosmetoloqlara olan tələbatı özü ilə gətirir. Müasir kosmetologiya bizim qarşımızda geniş imkanlar açır. Ancaq bu imkanlardan istifadə edərək hər bir qadına öz individuallığını saxlayaraq cazibədar obraz yaratmağı hər kosmetoloq bacarmır. Həkim-kosmetoloq Arzu Həsənova bu sahədə işinin peşəkarlarındandır.

Kosmetologiya sahəsində 10 ildən artıq təcrübəsi olan Arzu Həsənova 1980-ci ildə Sumqayıt şəhər anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Ukrayna Dövlət Əczaçılıq Universitetində Əczaçı-farmakoloq ixtisası üzrə tibb təhsili alıb. Kosmetologiyanın İnyeksion kosmetologiya sahəsi üzrə ixtisaslaşan Arzu xanım 2012-ci ildən "Laser Beauty Center" kilinikasında fəaliyyətinə başlayıb və 10 il burada çalışıb. Bu illər ərzində öz biliklərini yeniləmək və təcrübəsini artırmaq, estetikada dünya standartlarının tələbinə cavab vermək məqsədilə bir sıra müxtəlif xarici və yerli seminar, konfrans və master-klasslarda iştirak edib. O, farmakoloq təcrübəsindən yararlanaraq dəri xəstəliklərinin müalicəsində bir sıra uğurlu təcrübələrə imza atıb. Hazırda Apex Clinic-də estetik kosmetoloq kimi fəaliyyət göstərən Arzu xanım vaxtaşırı Türkiyədə də pasiyentlərini qəbul edir. 

Nəzərə alsaq ki, estetika incəsənətin incə toxunuşlarla insan üzərində nümayişidir, Arzu Həsənova bu mövzuda həmkarlarından bir addım öndədir. Çünki o, həm də həvəskar rəssamdır. Boş zamanlarında rəssamlıqla məşğul olan Arzu Həsənova Rəssamlar İttifaqının üzvüdür. Arzu Həsənova 30 oktyabr 2022-ci il tarixində Global Health Awards layihəsində ilin “The Talented Cosmetologist” nominasiyasına layiq görülüb.

 

Tags