1. Home
  2. Medicine
Medicine

​Urologiya sahəsində Özbəkistanın yüksək ixtisaslı həkimi Sancarbek Husanov Bakıda təltif olundu

12 Dekabr 2022

Böyrək və sidik-cinsiyyət orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə Özbəkistanın yüksək ixtisaslı həkimlərindən biri də uroloq-androloq, endouroloq, onkuroloq Sancarbek Husanovdur.

Sancarbek Husanov 1993-cü ildə Özbəkistanın Əndican şəhərində həkim ailəsində anadan olub. Ali təhsilini Əndican Dövlət Tibb İnstitutunun ümumi tibb fakültəsində alan Sancar Husanov 2015-ci ildə bu İnstitutunun Hərbi kafedrasında xidmət edərək zabit rütbəsi alır. 2017-ci ildən 2 il müddətində Boris Komyakovun rəhbərliyi altında Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetində urologiya üzrə ordinatura keçir.

Özbəkistanın bir sıra öndə gələn klinikalarında urologiya şöbəsində çalışan Sancarbek Husanov 2022-ci ildən "Citymed" və "Ofiyat Med" klinikalarında Urologiya şöbəsinin müdiridir. Onun fəaliyyəti dövründə şöbədə tətbiq olunan innovativ müalicə metodları böyrək xəstəliklərinin müalicəsində öz yüksək effektivliyini göstərib. Bu günə qədər o, 4000-dən çox mürəkkəb yüksək texnologiyalı cərrahiyyə əməliyyatı həyata keçirən gənc həkim, eyni zamanda bir çox beynəlxalq tibbi konqreslərin iştirakçısıdır. Öz sahəsi üzrə beynəlxalq təcrübəyə yiyələnmək üçün o bu günə qədər Rusiyanın Sankt-Peterburq şəhərində “Endourocenter”də “Müasir cərrahiyyə və onkouroloji xəstəliklərin diaqnostikası” üzrə, Almaniyanın Gissen şəhərindəki Justus Liebig Universitetində Andrologiya üzrə, Daşkənd Həkimləri Təkmilləşdirmə İnstitutunda “Endourologiya” üzrə, Daşkənd şəhəri Respublika İxtisaslaşdırılmış Urologiya Elmi-Praktik Mərkəzində “Laparoskopik cərrahiyyə və diaqnostika”üzrə kurslar keçmişdir.

Boş zamanlarında idmanla məşğul olan Sancarbek Husanov MMA üzrə beynəlxalq çempionatın qalibi və Özbəkistan çempionatının gümüş mükafatçısıdır.Sancarbek Husanov 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Professional Urologist” nominasiyasına layiq görülüb.