Tibbin önəmli sahəsi olan nevrologiya bir çox xəstəliyi özündə cəmləşdirir. Nevroloji pozğunluqlar sinir sisteminin disfunksiyalarıdır. Çətin müalicə olunan nevroloji xəstəliklərin düzgün diaqnostikası və effektli müalicəsi üçün bu sahənin peşəkarlarına ehtiyac duyulur.
Nevroloji Xəstəliklər Uzmanı Nailə Ələkbərova bu sahə üzrə təcrübəli həkimlərdəndir. O, 1983-cü ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Tibb Universitetində ali təhsilini başa vuran gənc həkim öz sahəsində şəxsi inkişafını davam etdirir. 2010-2015-ci illərdə Türkiyənin Ege Universitetində Nevroloji Xəstəliklər üzrə uzmanlıq təhsli alan Nailə Ələkbərova, 2015-2016-cı illərdə ABŞ-da Minnesota Universitetində beyin infarktları və epilepsiya üzrə təhslini davam etdirir. Burada təhsil aldığı müddətdə o, akademik heyyətin qərarı ilə beyin infarktları ve beyin travmaları üzrə aparılan elmi tədqiqat qrupunun tərkibinə daxil edilir. Türkiyə, ABŞ, İsveç, İtaliya da daxil olmaqla dünyanın bir çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərin iştirakçısı olan peşəkar həkim artıq 15 ildir ki, nevroloq kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətini rəhbərlik etdiyi Bakı Nevrologiya Mərkəzində davam etdirən Uzm. Dr. Nailə Ələkbərova uşaqlarda və böyüklərdə nevroloji xəstəliklərin müayinə və müalicəsini həyata keçirir. Mərkəzdə bütün növ nevroloji xəstəliklər beynəlxalq protokollar əsasında müalicə edilir. olaraq Bu sahədə uğurlu nəticələrə imza atan Bakı Nevrologiya Mərkəzi tibbin ən son yeniliklərini tətbiq edir.
Qeyd edək ki, Uzm. Dr. Nailə Ələkbərova Ümumdünya İnsulta qarşı Mübarizə Təşkilatı, Amerika Nevrologiya Akademiyası, Ümumdünya Parkinson və Hərəkət Pozulmalarına qarşı Mübarizə Təşkilatının üzvüdür.
Tags
13 Dekabr 2022, 20:47