1. Home
  2. Aestetic
Aestetic

Rusiyalı ulduzların seçimi - gözəllik mütəxəssisi Diana Salmanovna

14 Dekabr 2022

 

Bütün dünyada Plastik cərrahiyyənin  alternativi kimi estetik kosmetologiya hər zaman aktuallığını qoruyub saxlayır. Görünüşündə  yaxşı mənada dəyişiklik etmək istəyən xanımlar buna nail olmaq üçün gözəllik mütəxəssislərinə müraciət edirlər. Hər bir müştəriyə individual yanaşan kosmetoloq peşəkar kosmetoloqdur. Diana Salmanqızı Rusiyada gözəllik anlayışına yeni format, yeni nəfəs  gətirən mütəxəssislərdən biridir.

O, Rusiyada  estetika dünyasının ən tələbatlı dermatoloq, kosmetoloq, ali tibb təhsilli inyeksiya texnikası üzrə mütəxəssisdir. Rusiya şou-biznesinin gözəllik mütəxəssisi, 2005-ci ildə  Tibb Universitetinə qəbul olur. Ali tibb təhsilini başa vurduqdan sonra o, 2013-cü ildən  inyeksiya kosmetologiyası üzrə ixtisaslaşır. Diana Salmanqızı seçimi ilə bağlı qeyd edir ki: “Bu, şübhəsiz ki, uşaqlıq arzum idi. Kiçik yaşlarımdan kosmetoloq olmaq arzusunda idim, amma o vaxt iynələr yox idi, əsasən maskalar, təmizləyicilər və üz masajları var idi və mən ətrafımdakı xanımlara bunu həvəslə tətbiq edirdim”.

Bu gün artıq təcrübəli mütəxəssis özünəməxsus müəllif texnikaları ilə işləyir. Onlardan ən məşhuru dəri yaşlanmasına qarşı nəzərdə tutulan kokteyldir. Pasiyentlərin möcüzəvi adlandırdıqları bu  kokteyl tərkibində lipolitik və peptidləri birləşdirir.