Türkiyədə tibb üzrə dünyanın peşəkar mütəxəssislərini bir araya gətirən ISSCA tərəfindən təşkil edilən, beynəlxalq konqresdə, ölkəmizi dr. Aytən Əliyeva təmsil edəcək
5-6 may 2023-cü il tarixlərində Türkiyənin tarixi şəhəri İstanbulda İSSCA-nın təşkilatçılığı ilə “Hüceyrə terapiyası sertifikatlaşması” mövzusunda beynəlxalq sammit baş tutacaq. Sözügedən sahənin mütəxəssilərinin iştirak edəcəyi sammitdə ölkənizi nevroloq, regenerativ tibb və kök hüceyrə mütəxəssisi dr. Aytən Əliyeva təmsil edəcək. O, öz təcrübəsini həmkarları ilə bölüşmək üçün spiker kimi çıxış edəcək.
Problemin kökünü tapmaq üçün onun ən xırda elementinə nəzər yetirmək lazımdır. Yaşlanmanın və bir sıra xəstəliklərin qarşısını almaq üçünsə orqanizmə onun ən kiçik struktur vahidi olan hüceyrə səviyyəsində təsir etmək lazımdır.
Qeyd edək ki, son illərdə xəstəliklərin müalicəsində kök hüceyrə üsulu geniş yayılmışdır. Bu baxımdan sammitdə hüceyrəyönümlü müalicə sahəsindəki ən son yeniliklər və bu sahədəki tətqiqatların nəticəsi müzakirə olunacaq.
Hüceyrə terapiyası sertifikatlaşması sammitində ölkəmizi spiker olaraq “Regenerative tibdə kök hüceyrə terapiyası” mövzusu ilə dr. Aytən Əliyeva təmsil edəcək.
Tags
02 May 2023, 15:33