1. Home
  2. Event
Event

Azərbaycanlı həkimlər Rena Soltanova və Fidan Mustafayeva Antalyada beynəlxalq TKBBV konqresində

08 May 2023

“Gəlin bir ilk bahar axşamı gözəllikdən danışaq” Azərbaycanlı tanınmış estet həkimlər dr. Rəna Soltanova və dr. Fidan Mustafayeva beynəlxalq TKBBV sammitində ölkəmizi təmsil etdilər.

27-28 Aprel 2023-cü il tarixində Türkiyənin Antalya şəhərində Türk Qulaq Burun Boğaz Doktorları Vəqfinin ilk Bahar Toplantısı adı altında 8-ci görüşü baş tutub. 25 illik təcrübəyə malik vəqfin təşkilatçılığı ilə baş tutan sammit, türk dünyasının ustadlarının çıxış ilə yadda qalıb. Daha sonra gənc LOR mütəxəssislərinin təqdimatları, Rinoplastika Marafonu və aktual mövzularda panellər gerçəkləşib. Üz gəncləşdirmə kursu çərçivəsində sammitdə ölkəmizi öz təcrübə və texnikaları ilə beynəlxalq təcrübəli iki estet həkim- dr. Rəna Soltanova və dr. Fidan Mustafayeva təmsil ediblər.

Sammitdə “Laser Beauty” estetik klinikalar şəbəkəsinin təsisçisi, tanınmış estet-dermatoloq Rəna Soltanova “Profiloplasty” mövzusu ilə, klinikanın peşəkar həkimi, “Estet” kitabının müəllifi Fidan Mustafayeva isə “Russian lips” mözvusu ilə çıxış ediblər. Auditoriya tərəfindən çıxışları bəyənilən həkimlərimiz növbəti layihələrdə məruzəçi kimi çıxış etmək üçün təklif alıblar.

Həkimlərimizin beynəlxalq arenada Azərbaycan səhiyyəsini yüksək səviyyədə təmsil etməsindən dolayı qürur hissi duyuruq!

Tags