1. Home
  2. Event
Event

Peşəkar estet həkim Fidan Mustafayeva Türkiyədə, TKBBV konqresində spiker oldu

08 May 2023

27-28 Aprel 2023-cü il tarixində Türkiyənin Antalya şəhərində Türk Qulaq Burun Boğaz Doktorları Vəqfinin ilk Bahar Toplantısı adı altında 8-ci görüşü baş tutub. 25 illik təcrübəyə malik vəqfin təşkilatçılığı ilə baş tutan sammit, türk dünyasının ustadlarının çıxış ilə yadda qalıb. Daha sonra gənc LOR mütəxəssislərinin təqdimatları, Rinoplastika Marafonu və aktual mövzularda panellər gerçəkləşib.

Üz gəncləşdirmə kursu çərçivəsində sammitdə ölkəmizi öz təcrübə və texnikaları ilə təmsil edən iki həkimdən biri də beynəlxalq təcrübəli estet doktor Fidan Mustafayeva olub. “Laser Beauty” estetik klinikanın peşəkar həkimi, “Estet” kitabının müəllifi, dr.Fi ləqəbi ilə tanınan Fidan Mustafayeva sammitdə spiker olaraq çıxış edib.

Tibb üzrə beynəlxalq sammitlərdəki çıxışları ilə adından söz etdirən gənc doktor  “Russian lips” mözvusu ilə izləyicilərin qarşısına çıxıb.

“Russian lips” texnikası - üz gözəlliyində önəmli nüans olan dodaqların itirilmiş həcminin qüsursuz şəkildə geri qaytarılmasıdır. Burada klassik üsuldan fərqli olaraq dodaq və dodaq konturu bütünlük təşkil edir. Öz metodlarını canlı model üzərində tətbiq edən Dr. Fidan Mustafayeva estetikada böyük marağa səbəb olan bu texnikanın özünəməxsus sirlərini gənc həmkarları ilə paylaşıb. Həkimimizə uğurlar arzulayırıq!

Tags