1. Home
  2. Diş həkimi
Diş həkimi

Sağlamlıq turizmi xidmətləri ilə adından söz etdirən Türkiyəli tanınmış həkim Dr. Ümit Tok

17 May 2023

 

Dişlər İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biridir. Tibb inkişaf etdikcə ağız boşluğu, dişlərin strukturu, xəstəlikləri və müalicəsi ilə məşğul olan peşəkar həkimlərə ehtiyac duyulur. Dr. Ümit Tok özsahəsinintəcrübəli mütəxəssislərindəndir.

İstanbul Universitetinin stomatologiya fakültəsinin məzunu olan dr.Ümit Tok estetik stomatologiya sahəsində Türkiyənin tanınmış həkimlərdən biridir. O, estetik stomatologiyada laminat, sirkonium və keramik örtüklər kimi implant protezlər sahəsində özünü inkişaf etdirmişdir. O, həmçinin “Dent 360” klinikasının təsisçilərindən biridir. “Dent360” klinikası ağız və diş sağlamlığını qorumaq və bərpa etmək üçün ən müasir avadanlıqlarla, ən son müalicə üsulları ilə çalışır. İstanbulda yerləşən klinika diş sağlamlığı ilə bağlı 97 nəfərdən ibarət peşəkar heyətilə yerli və xarici vətəndaşlara xidmət göstərir.

Əməkdaşları milli və beynəlxalq konfranslara qatılaraq təkmilləşən klinika, Avropa və dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz edilib. Stomatoloji klinika olaraq, Dent360 həm terapevtik, həm də estetik xidmətlərin geniş spektrini təklif edir.