Dermatologiyanın bir bölməsi kimi trixologiya saç xəstəlikləri və onun müalicəsi ilə məşğul olan tibb sahəsidir. Xarici görüntümüzü şəkilləndirən əsas nüans kimi saç xüsusilə, qadınlar üçün önəmli elementdir. Aytəkin Quliyeva bu sahədə öz sözünü demiş peşəkarlardandır.
Təcrübəli trixoloq 1983-cü ildə Bakı şəhərində anadan olub. İlk ali təhsilini Bakı Dövlət Universitetinin Biologiya fakültəsində alan Aytəkin Quliyeva, daha sonra Kiyev Dövlət Universitetinin Əczaçılıq fakültəsini bitirir.
Məhkəmə tibbi ekspertizasında, Mərkəzi Gömrük Hospitalı və bir sıra özəl klinikalarda çalışan həkim-trixoloq hazırda fəaliyyətini Kəpəz hospitalında davam etdirir. “NAUTİLUS” trixologiya akademiyasının məzunu olan beynəlxalq təcrübəli trixoloq Aytəkin Quliyeva heç bir hormonal müdaxilə olmadan həyata keçirdiyi saç müalicələrində mükəmməl nəticələr əldə edir.
Peşəkar trixoloq trixoskopiya, trixometriya, dermatoskopiya vasitəsilə saçların diaqnostikası, saç tökülmələri, seboreya, başın tüklü hissəsinin psoriazi, trixokinez, kəpəyin müalicəsi, yeni tüklərin bərpası, baş dərisinin pilingi, mezotrixologiya kimi prosedurları uğurla icra edir. Eyni zamanda saçların sağlamlığı və bərpası üçün özünəməxsus üzvi məhsullar hazırlayan trixoloq xarici ölkələrdə də pasiyent qəbulunu həyata keçirir.
Aytəkin Quliyeva Barselona, Sankt-Peterburq, İstanbul kimi şəhərlərdə çoxsaylı trixoloji konfranslar, seminar və vebinarlarda iştirak edib. O, Amerika Dünya Trixoloqlar cəmiyyətinin, Moskva Trixologiya Birliyinin, Rusiya Saç araşdırma cəmiyyətinin, Avroasiya Trixoloqlar cəmiyyətinin üzvüdür.
Nüfuzlu mükafatlandırma mərasimlərində təltif olunan Aytəkin Quliyeva, son olaraq 2021-ci ildə Türkiyədə "Uluslararası ǝn iyi Trikolog" mükafatına layiq görülüb.
Tags
18 Avqust 2023, 02:29