Müasir dövrdə kiçik toxunuşlarla gözəlləşmək o qədər də çətin deyil. Qadın simasında onun gözəlliyini vurğulayan cizgilərindən biri də dodaqlardır. Statistikaya əsasən, qadınlar kosmetoloqa botoksdan sonra daha çox dodaq dolğusu proseduruna görə müraciət edirlər. Xüsusilə dodaq prosedurlarında əsas şərt təbiiliyi pozmadan edilən toxunuşlardır. Bu sahədə adından söz etdirən peşəkarlardan biri də polşalı gözəllik mütəxəssisi, kosmetologiya üzrə təlimatçı Julia Falowskadır.
Unikal şəkildə modelləşdirdiyi dodaqlarla tanınan gözəllik mütəxəssisi bu günə qədər yüzlərlə tələbəyə öz peşəsinin sirrini öyrədib. Julia Falowska öz üsulunu “texnikasız” adlandırır. Onun fəaliyyətinin əsasınıda hər bir müştəriyə fərdi yanaşma durur. Peşəkar mütəxəssis əl işləri ilə Polşa gözəllik sənayesində inqilab edir desək yanılmarıq.
Üzə hialuron turşusu tətbiqinin əleyhinə olan Julia Falowska polyak qadınlarına dərini canlandırmaq və qocalma əlamətlərini ləngitmək üçün daha yaxşı vasitələr təklif edir.
Avropanın bir çox ölkəsində ustad dərsləri təşkil edən gözəllik mütəxəssisi, onlarla işgüzar polyak qadını seminarlarında bir araya gətirir.
Tags
29 Avqust 2023, 15:28