1. Home
  2. Event
Event

Dr. Fidan Mustafayeva Istanbulda, beynəlxalq konqressdə müəllifi olduğu texnikadan bəhs etdi

22 Sentyabr 2023

8-10 sentyabr  2023-cü il tarixində Türkiyənin mədəniyyət mərkəzi İstanbulda növbəti Beynəlxalq FaceMinima Konqresi baş tutub. Renaissance Istanbul Polat Bosphorus Hoteldə gerçəkləşən konqresdə Üz Plastik Cərrahiyyəsinə dair aktual mövzularda panellər gerçəkləşib.  Konqresin ana xətti üzün bütün təbəqələrinə ayrı-ayrılıqda müraciət etməklə, bu sahədən olan mütəxəssislərin gündəlik klinik təcrübəsini zənginləşdirməkdir. Proqram çərçivəsində türkiyəli və xarici müxtəxəssislər dərinin cavanlaşması, botulinum toksin tətbiqi, mezoterapiya, iplə üz gərdirmə, üz həcm itkisinə yanaşma və üzə yağ tətbiqləri ilə bağlı mövzularla çıxış ediblər.

FaceMinima2023 ənənəyə sadiq qalaraq xarici natiqlərlə universallığını qoruyub. Beynəlxalq konqresdə ölkəmizi təmsil edənlərdən biri də beynəlxalq təcrübəli estet doktor  Fidan Mustafayeva olub. Üz gəncləşdirmə kursu çərçivəsində çıxış edən Dr.Fidan Mustafayeva “Doll lips” adlandırdığı müəllif texnikasından bəhs edib.

Qeyd edək ki, əməliyyatsız dolğun dodaqlara sahib olmaq üçün Dr. Fidan Mustafayevanın etdiyi  bu estetik prosedur türkiyəli həkimlər arasında böyük marağa səbəb oldu.

 

Tags