1. Home
  2. Event
Event

Türkiyəli işgüzar xanım Merve Sarıkaya Bakıda Səhiyyə Menecmenti Zirvəsində spiker olacaq.

29 Oktyabr 2023

16 noyabr 2023-cü il tarixində ölkəmizdə ilk dəfə "Facemark" və "Sağlam Ailə" Tibb Mərkəzinin təşkilatçılığı ilə Səhiyyə Menecmenti Zirvəsi keçiriləcək.  Sözügedən səhiyyə sammiti "Fərq Yaradır" konsept mesajı ilə "Baku Marriott Hotel Boulevard"da baş tutacaq. "Səhiyyədə Strateji İdarəetmə", "Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma""Səhiyyədə Dövlət və Özəl Tərəfdaşlığı"nın müzakirə mövzuları olacağı sammitdə yerli və xarici spikerlər çıxış edəcəklər.

Genext Healthcare Solution şirkətinin təsisçisi və beynəlxalq konsultantı Merve Sarıkaya Səhiyyə Menecmenti Zirvəsində spiker olaraq öz təcrübələrini bölüşmək üçün Bakıya gəlir.

"Səhiyyədə marka, PR və mövqelənmə" strategiyası ilə Türkiyədə adından söz etdirən Merve Sarıkaya  California St. Giles International College və Harvard Business School'da Business Analytics təhsili alaraq idarəetmə ilə bağlı biliklərə yiyələnib. O, eyni zamanda dünyanın aparıcı səhiyyə müəssisəsindən biri olan Mayo Clinic-də təlimlər almış və iş təcrübəsi qazanmışdı.

Tags