İnkişafın sürətlə getdiyi bu dövrdə insanlar, toplumlar mənəvi böhranlar yaşaya bilir. İnsanlığı bu neqativ döngülərdən çıxartmaq vəzifəsini psixoloqlar öz çiyinlərinə götürüb. Müasir psixoloqlar zehin cərrahlarıdır desək yanılmarıq. İncə manevrlərlə həyata olan baxış bucağımızı, dolayısı ilə həyatımızı yüz səksən dərəcə dəyişirlər.
Ukraynalı psixoloq Olqa İvaxnenko insan zehinin bərpasında əməyi olan peşəkarlardandır. Bu sahədə çoxillik təcrübəyə malik psixoloq, qadınlar üçün 6 orijinal meditasyanın yaradıcısı, "Səhərin sehri" biznes klubunun rezidentidir.
Kiçik yaşlarından insanın daxili aləminə olan maraq onu psixologiya sahəsinə gətirib çıxarır. Olqa İvaxnenko təkcə psixologiya sahəsində təcrübəli mütəxəssis deyil, həm də ona müraciət edənlərə mənəvi dəstək göstərən səmimi insandır. Onu unikal edən peşəkarlıq, dərin empatiya və anlayış hissinin kombinasiyasıdır. Olqa İvaxnenko pasiyentlərinə həyatlarında problemlərə səbəb olan düşüncə və davranışlarını daha yaxşı başa düşməyə və dəyişdirməyə kömək edən koqnitiv davranış terapiyası üsullarını uğurla tətbiq edir.
Onun həyata keçirdiyi Gestalt terapiyası, özünü dərk etmək və qəbul etmək üçün dərin imkanlar açır, həmçinin maddi dünya ilə münasibətləri qaydasına qoymağa kömək edir. Təcrübəli psixoloq şəxsi məqsədlərə nail olmaq və həyat keyfiyyətinin yaxşılaşdırmaq üçün fərdi şəkildə strategiyalar hazırlayır.
Xoşbəxtliyə daha çox ehtiyac duyduğumuz bu dövrdə Olqa İvaxnenko hesab edir ki: “Xoşbəxtlik hər bir insan üçün fərdidir və şəxsi dəyərlərdən, inanclardan və şəraitdən asılıdır. Bununla belə, bu mövzuda ümumi anlayışlar da mövcuddur. Xoşbəxtlik özünü tanımaq, özünü qəbul etmək, keyfiyyətli əlaqələr, balansı qorumaq, sağlamlıq, pozitivlik, minnətdarlıq və özünü inkişaf etdirməyin kombinasiyasıdır”.
Peşəkar psixoloq Olqa İvaxnenko, 19 Mart 2024-cü il tarixində “The Globe Gala” layihəsində ilin “The Talented Woman Psychologist of The Year” nominasiyasına layiq görülmüşdü.
Tags
03 Aprel 2024, 03:11