O, qadın əzminin əyani sübutudur. Beynəlxalq dərəcəli idman ustası, tennis üzrə qadınlardan ibarət yığmanın baş məşqçisi olmuş özbəkistanlı tennisçi İroda Tulyaganova 1982-ci ildə Daşkənddə anadan olub.
Mübariz ruhda böyüyən gələcəyin məşhur tennisiçisi öz əzmini gənclik illərindən göstərir.
Karyerası müddətində qələbələrə doymayan İroda Tulyaganova 7 WTA turnirinin qalibi, dünyada ən nüfuzlu tennis turniri olan “Böyük Dəbilqə”də yeniyetmələr arasında 1-ci yerin qalibi, cütlükdə 2 yeniyetmə Böyük Dəbilqə turnirinin finalçısı, yeniyetmələr arasında 1-ci Böyük Dəbilqə turnirinin yarımfinalçısı olub.
Karyerasını 2008-ci ildə uğurla başa vuran peşəkar tennisçi İroda Tulyaqanova “Özbəkistanın əməkdar atleti” adına layiq görülüb. Özbəkistan Respublikasının ilk Prezidenti İslam Kərimovun fərmanı ilə o, “Şuxrat” və “Kamolot” medalları və “Özbəkistan İftixori” mükafatı ilə təltif edilib.
Öz peşəsinin aşiqi olan və ölkəsini beynəlxalq arenada layiqincə təmsil edən İroda Tulyaqanova, 2019-cu ildə Özbəkistan Tennis Federasiyasının baş katibi, 2023-cü ildə Asiya Tennis Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilir.
Özbəkistanda tennisin inkişafı onun adı ilə bağlıdır desək, yanılmarıq. O, bu idman növünün tanınmasında fəal iştirak etməklə yanaşı, bu sahədə fiziki məhdudiyyətli insanlar üçün maksimum imkanlar yaradılmasını təbliğ edir.
Peşəkar tennislə yanaşı, bu gün İroda Tulyaqanova, həm də həvəskar və uşaqlar üçün tennisin inkişafında özünəməxsus rol oynayır. Belə ki, o, “Tennis School İroda Tulyaganova”nın təsisçisi, ITEK tennis klubun həmtəsisçisidir.
İroda Tulyaqanova, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The FamousEntrepreneur of The Year” nominasiyasına layiq görülmüşdür.
Tags
19 Aprel 2024, 08:26