1. Home
  2. Health Care
Health Care

Marga Wellness'dən həyatınızda sağlamlıq və lüksü birləşdirən qeyri-adi bir həftəlik proqramı

27 Avqust 2024

Marga Wellness  şəxsi transformasiya məqsədli özünü kəşf səyahətidir. Bu səyahətin özülünü sağlamlıq təşkil edir. Çünki sağlam ruhlar sağlam bədənlərdə olur. Bir sözlə, Marga Wellness peşəkar komanda tərəfindən dəstəklənən sağlam həyat yolçuluğudur.

Mərkəz qədim ənənləri müasir üsullarla birləşdirərək, hər bir insana balanslı həyat tərzi vəd edir. Burada hər bir pasiyent üçün ona özəl fərdiləşdirilmiş müalicə paketi hazırlanır.

Türkiyənin İstanbul və İzmir şəhərlərində və Bakıda şöbələri olan Marga Wellness türkiyəli Daxili Xəstəliklər üzrə Uzman Doktor, Bütüncül Tibb üzrə peşəkar mütəxəssis Murat Balanlı tərəfindən təsis olunub.

Qeyd edək ki, Marga Wellness sentyabrın 9-dan 15-dək davam edəcək Bakı F1 Həftəsi çərçivəsində Azərbaycan Qran Pri həyəcanına dəstək verəcək.

Marga Wellness, Dreamland Golf Club və Dreamland Baku Golf Villas Residence ilə əməkdaşlıq çərçivəsində adrenalin sevərlərə yüksək sürətli həyəcan, xoş istirahətli unudulmaz həftə vəd edir.

Bakı F1 Həftəsi üçün Marga Wellness tərəfindən hazırlanmış paketə F1 Girişi, Sağlamlıq Naviqasiyası, IV Drips, Dreamlandda qolf oyunu, özündə Bali masajı, ozon terapiyası etiva edən spa,  tibbi müalicələr, fərdi məsləhətləşmə, fitnes proqramı daxildir.

Həyatınızdan sağlamlıq və lüksü birləşdirən qeyri-adi bir həftə seçin!