“Sağlam Onurğa, Sağlam İnsan” sloganı ilə insanları müalicə edən Vüqar Aslanlı, müasir tibbin ən savadlı nümayəndələrindən biridir. Onun pasiyentlərinin demək olar ki, hər biri müalicələrindən sonra sağlamlığına daha da dəyər verir. İndi isə gəlin Vüqar Aslanlının harda təhsil aldığını öyrənək.
Vüqar Aslanlı Türkiyənin Bahçeşehir Universitetində fizioterapiya və kayropraktik uzmanlığı üzrə təhsil almışdır. O, Amerika Birləşmiş Ştatlarında “Life Force” proqramı çərçivəsində ölkəmizi təmsil etmiş və “Life Force Chiropractor” təyinatını almışdır. Eyni zamanda, Kayropraktika Cəmiyyətinin üzvü seçilmişdir. Hal-hazırda Azərbaycan Kayropraktika Assosiasiyasının sədri vəzifəsində çalışır.
Vüqar Aslanlı, həmçinin Zəhra Klinikası Kayropraktik Onurğa Mərkəzində Fizioterapiya və Reabilitasiya şöbəsinin müdiri kimi fəaliyyət göstərir. Bununla yanaşı, Medipark Fizioterapiya Mərkəzində uzman olaraq pasiyentlərə xidmət edir.Vüqar Aslanlı Azərbaycan onurğa konqresində və Türkiyəylə yanaşı, Amerika, Fransa kimi xarici ölkələrdə təlim proqramlarında iştirak etmişdir.
Vüqar Aslanlı tərəfindən müalicə edilən xəstəliklər sırasında bel və boyun ağrıları, bel və boyun disk yırtıqları (qrija), miyofasiyal ağrılar (əzələ ağrıları), oturaq sinir sindromu (Priformis sindromu), fibromialgiya, baş ağrıları, çiyin və qol ağrıları, diz ağrıları, qamət problemləri, oynaq kirəclənməsi, protruziya, tennisçi dirsəyi sindromu, insult, skolioz, kifoz, lordoz, artroz, artrit, daban mahmızı, çənə oynağı problemləri, idman zədələnmələri, miqren, karpal tunel sindromu, sakroiliak oynaq ağrısı, kanal daralması və kubital tunel sindromu daxildir.
Vüqar Aslanlı müasir fizioterapiya və kayropraktik metodlarla pasiyentlərin onurğa, oynaq və əzələ problemlərinin effektiv müalicəsi ilə məşğuldur.
Tags
12 Fevral 2025, 17:43