Ölkənin peşəkar həkim kosmetoloqlarından olan Fidan Mustafayeva uğurlarına uğur qatmağa davam edir. Estetika bir incəsənətdir. O, isə bu incə sənətin sənətkarlarından biridir.
Health News tanınmış estetik həkim Fidan Mustafayeva ilə müsahibəni təqdim edir:
- İlk kosmetoloji prosedurunuz hansı olub?
—Ilk kosmetoloji prosedurum botoks olub. 27 yaşımda artıq anladım ki, nə qədər ki,mimiki qırışlarım dərimdə iz salmayıb, mən bu proseduru etməliyəm. Və yaxşı ki də o zamandan başlamışam,çünki 40 yaşım olmasına baxmayaraq dərimdə qırış izi yoxdur.
- Rutin olaraq hansı kosmetoloji proseduru icra edirsiniz?
— Bildiyimiz kimi, təəsüflər olsun ki, yaş ötdükcə kollagen zülalımızın sintezi azalır. Buna görə də mənim ən vazkeçilməz prosedurum mütəmadi olaraq dərimi biorevitalizasiya və mezoterapiya inyeksiyaları ilə qidalandırmaq,onun parlaqlığını və gəncliyini qorumaqdır.
- Görünüşünüzü ən çox hansı prosedur dəyişdi?
—Mən düşünürəm ki, hansısa tək bir prosedurun adını çəkmək çətin olacaq, komleks şəkildə etdiyim prosedurlarla üz quruluşumu istədiyim formaya gətirib çıxara bildim.
- Ən çox sevdiyiniz kosmetik prosedur hansıdır?
—Əgər pasientlərimə etdiyim prosedurlardan danışırsınızsa, bu xüsusilə üz incəltməsi və dodaq dolğusudur.
- Elə bir prosedur olub ki, həyata keçirilib, amma nəticə sizi qane etməyib?
— Bu çox zaman üzündə əməliyyata göstəriş olan xanımlarla işləyən zaman baş verir. Təbii ki, cərrahiyənin imkanları daha genişdir, əgər pasient qəti olaraq əməliyyat etdirməyəcəyini bildirirsə, və yalnız kosmetoloji prosedurların üstündə dayanırsa, əlimdən gələni edirəm. Pasient razı qalsa da, mən daha ideal nəticə axtardığım üçün bəzən narazı da qalıram.
- Sizcə hər bir qadın hansı proseduru sınamalıdır?
—- Bu asılıdır xanımın üzündə olan problemdən. Bir prosedur kimin üçünsə vacib olduğu halda, digər biri üçün lazım olmaya bilər. Amma yenə də mən bu fikrimdə tam əminəm ki,30 yaşdan sonra dəriyə mütləq kənardan hialuron və kollagen tərkibli inyeksiyalar edilməlidir.
- Sizin üçün qadın gözəlliyi etalonu kimdir?
— Mənim üçün əslində elə bir xüsusi etalon yoxdur, özünə baxımlı qadın hər zaman şarmı ilə seçilir.Öz qüdurlarını bilən və doğru mütəxəssisin yanında onu aradan qaldırmağa çalışan xanımlar hər zaman 1:0 öndədir.
- Bir qadın olaraq, qadın gözəlliyiniqiymətləndirərkən ilk növbədə nəyə diqqət yetirirsiniz?
— İlk növbədə dərinin qulluğuna, daha sonra isə üz proporsiyalarının gözəllik normalarına uyğun formada olmasına fikir verirəm, və prosedur etdirsə də, gözə çarpmadan,öz simasını itirmədən edən xanımlar mənim favorilərimdir.
- Gündəlik həyatda hansı gözəllik rutinlərinə əməledirsiniz?
— İlk öncə dərinin təmizlənməsi,mən təbii ki öz dəri tipimə uyğun təmizləyici vasitələrdən istifadə edirəm. Daha sonra nəmləndirici toner, serum və kremlər gündəlik qulluq rutinimdədir.
- Sizcə xanımlar kosmetoloq seçərkən onları nə istiqamətləndirir?
— Düşünürəm ki, hər xanım onun üçün daha ideal həkimi seçərkən öncə onun əl işlərinə diqqət yetiirir.
- Estetik əməliyyat etdirmisiniz? münasibətiniznecədir?
— Münasibətim çox müsbətdir, və mən də burun əməliyyatı etdirmişəm.
- Bize kimsenin bilmediyi gözəllik sirrinizi deyin.
— Mən etdiyim heç bir proseduru pasientlərimdən gizlətmirəm və əksinə onları da bu prosedurları sınamağa təkid edirəm. Çünki özümdə sınayıb effekt görmədiyim heç bir proseduru pasientlərimə tövsiyə etmirəm
Tags
04 Avqust 2025, 12:08