Türkiyəli endokrinoloq Osman Müftüoğlu orqanizmi cavan saxlayan kələmin faydalarından söhbət açıb. Health News "Milliyet"ə istinadən xəbər verir ki, həkim kələmin insan orqanizmi üçün olduqca vacib olduğunu qeyd edərək hər kəsə bu tərəvəzi yemək məsləhət görüb:
"Mədə həbini udanda turşu ifraz etmir. Bu halda da mikrob əmələ gəlir. Zülalı həzm edə bilmərsiniz. Bədəni sağlam saxlamaq istəyirsinizsə, bacardığınız qədər gül kələm və kələm yeyin. Kələmin turşusu da faydalıdır. Gül kələmi isə çiy yeyin. Bunlarda bol sulfid var"
Kələm C vitamini ilə xüsusilə zəngindir. Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır. Bu vitamin həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.
Bundan əlavə kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir. Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir.
Tags
04 Yanvar 2022, 18:54