Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u675392545/domains/healthnews.az/public_html/app/Helpers/Security.php on line 91
Fikrət Əliyev: Məqsədimiz Azərbaycanı dünyada uğurla təmsil etməkdir
  1. Home
  2. Health Care
Health Care

Fikrət Əliyev: Məqsədimiz Azərbaycanı dünyada uğurla təmsil etməkdir

09 Yanvar 2022

Tibb sahəndə artıq öz sözünü demiş “Unity Company” şirkətinin təsisçisi və direktoru olan Fikrət Əliyev həm də uğurlu ictimai fəaliyyəti ilə də seçilir. Sosial və cəmiyyət üçün faydalı layihələrə dəstək verən Fikrət Əliyev bir neçə şəhid və qazi ailəsini öz himayəsinə götürüb, eyni zamanda 44 günlük müharibə dövründə və pandemiya zamanı dövlətimiz, xalqımız üçün əvəzsiz işlər görüb, “Yaşat Fondu”na, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləqdə ianələr edib, O hər zaman Vətəninin sevən şəxs kimi ordumuzun yanında olub və dəstəyini göstərib. 

Bu yaxınlarda isə uğurlu fəaliyyəti və gördüyü işlərə görə Fikrət Əliyev Four Seasons otelində baş tutan “Global Health Awards” layihəsinin qala gecəsində nüfüzlu mükafata layiq görülüb. “Unity Company mənim üçün bir ailə qədər dəyərlidir. Kollektivimlə qürur duyuram, çünki hər bir əməkdaş şirkətin inkişafı və yüksəlməsi üçün əlindən gələni edir. Biz bu yolda bütün əziyyətimizi və enerjimizi sərf etmişik və indi çox sevinirik ki, bunun bəhrəsini görürük. Məqsədimiz Azərbaycanı dünyada uğurla təmsil etmək və istehsal etdiyimiz məhsulları dünyada təqdim edərək tanıtmaqdır”, Fikrət Əliyev qeyd edir. 

Fikrət Əliyevin rəhbəri olduğu “Unity Company” 10 ildən çox uğurlu fəaliyyəti dövründə yüksək keyfiyyətli Avropa və Türkiyə istehsalı olan dərmanları idxal edən nüfuzlu şirkət kimi öz imzasını atıb. Onun əsas fəaliyyəti dərman preparatlarının Azərbaycana idxalı, marketinqi və satışından ibarətdir. 2011-ci ildən rəsmi fəaliyyətə başlayan şirkət bu illər ərzində tibb sahəsində böyük nüfuz və rəğbət qazanıb. “Unity Company” – Bir preparatla fəaliyyətə başlayan hazırda isə  Azərbaycanda ən geniş yayılmış xəstəlikləri əhatə etmək üçün öz dərman siyahısını daima artırmağa davam edən şirkətdir.

Onun əsas məqsədi insanların sağlamlığı üçün, öz elmi və tədqiqat potensialını hər zaman təkmilləşdirmək, əhalini müasir yüksək keyfiyyətli və effektli müalicə metodları üçün vacib olan dərmanlarla təmin edərək, bütün dünyada öz keyfiyyətli preparatları ilə  tanınan bir şirkət olmaqdır. “Unity Company” şirkəti öz fəaliyyətində minimum qiymət maksimum keyfiyyət prinsipini əsas tutaraq dünya standartlarına cavab verən məhsulların idxal və satışını təmin edir.