Səhiyyədə islahatların aparılması, diaqnostika mərkəzləri, müasir xəstəxanaların tikilməsi, kompüter diaqnostikası və müalicəsinin innovativ metodlarının tətbiqi radioloq peşəsini bütün ölkədə nüfuzlu və tələbkar edir. Uzun illərdir radiologiya sahəsində uğurla fəaliyyət göstərən həkimlərdən biri də Sevinc Musayevadır.
Beynəlxalq səviyyəli seminarların və konfransların iştirakçısı olan peşəkar həkim-radioloq Sevinc Musayeva hər zaman öz işi ilə fərqlənməyi bacarır.
“City Hospital” ve “Milli Onkologiya Mərkəzi”ndə çalışan Sevinc Musayeva öz işinu sevərək görən, həm pasiyent ilə, həm də onun yaxınları ilə empatiya içində olan həkimdir.
"Radioloq təkcə texniki detalları, təklif etdiyi müxtəlif üsulların müsbət və mənfi cəhətlərini yaxşı bilməli deyil, həmçinin diaqnozu qoyulan şəxsi anlamalı, ona individual yanaşmalıdır. Pasiyentin fərdi vəziyyətini nəzərə almaq və onun üçün müvafiq müayinə seçmək lazımdır. Həkim üçün müəyyən sxemlə hərəkət etmək yox, xəstə üçün ən optimal olan fərdi bir həll yolu axtarmaq daha doğrudur", Sevinc Musayeva deyir.
Heath News-a öz fikirlərini bölüşən peşəkar həkim qeyd edib ki, radioloq hər zaman diqqətli və səbrli olmalıdır.
"Müayinədən və ya müalicədən sonra yaranan görüntünün kölgəsində lazım olan hər şeyi görə bilmək, yumşaq desək, asan deyil. Həmişə ayıq-sayıq olmaq, daim bilikləri zənginləşdirmək və bu sahəyə aid yenilikləri öyrənmək lazımdır".
Qeyd edək ki, bir müddət əvvəl Sevinc Musayeva uğurlu fəaliyəti və radiologiya sahəsində əldə etdiyi yüksək nəticələrə görə Fairmont Baku otelində keçirilən "Global Health Awards" layihəsində nüfuzlu mükafata layiq görülüb.
Tags
18 Yanvar 2022, 00:03