1. Home
  2. Medicine
Medicine

Qabığı özündən şəfalı meyvə

22 Yanvar 2022

Vitamin və minerallarla zəngin olan ananasın faydalığı sadəcə meyvəsində deyil, həmçinin qabığındadır.  Health News insan orqanizmi üçün ən faydalı meyvələrdən biri hesab olunan ananasın faydalarını oxucuların diqqətinə çatdırır. 

İlk növbədə, ananas qabığı arıqlamağa kömək edir. 

Ananasın iç qabığında ananasdan iki qat daha çox bromelanin maddəsi var. Bu səbəblə həzmə kömək edir və arıqlamağa kömək edən maddələr arasında yer alır. Ananas qabığı sellülitləri təsirli formada yox edir. Mükəmməl bir sidikqovucu olduğu üçün bədəndəki artıq mayeni ataraq, arıqlamağa kömək edir. Şişkinliyi aradan qaldırır. Arıqlamaq üçün mütləq ananas qabığı çayı içməlisiniz.

Ananas həmçinin öskürəyin çarəsi hesab olunur. Belə ki, meyvənin içində bol miqdarda olan bromelanin birləşməsi öskürəyi kəsir. Qabığını yemək çətin olduğu üçün suyunu sıxa bilərsiniz. Ananasın qabıqlarını yuyub doğradıqdan sonra bir qrafinə qoyun. Qabıqların üzərini örtəcək şəkildə qaynar su əlavə edin. 1 saat saxladıqdan sonra suyunu süzün və bal əlavə edin. Ananas qabığının suyu balla qarışdıqda öskürəyi dərhal kəsir.

Ananası mədə problemlərinə təbii dərman kimi də istifadə etmək olar. Onun qabığına yaxın bərk çəyirdəkli hissəsi lif, "C" vitamini və bromelain maddələrindən ibarətdir. Bromelain enzimi, qidaları və ölü toxumaları həzm sistemində sürətli şəkildə parçalayır və mədəni qoruyur. Bağırsaq işini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.

Bu meyvə eyni zamanda xərçəng savaşçısıdır. Bromelanin xərçəngə qarşı olduqca müvəffəqiyyətli bir qoruma təmin edir. Ananas kimyaterapiya ilə bərabər, xərçəngli hüceyrələrin böyüməsini əngəlləyir. Eyni zamanda prostat və qalın bağırsaq xərçəngindən qoruyan betakarotin baxımından zəngindir.