Bəzi qidalar ürək-damar sistemi üçün faydalıdır və onların istifadəsi insult riskini azaltmağa qadirdir. Həmin qidaların adlarını rusiyalı diyetoloq Lera Lavski mətbuata açıqlayıb.
Dünyada ən çox rast gəlinən ölüm səbəbi ürək-damar xəstəlikləridir, bu səbəbdən də qan damarlarının sağlamlığının qorunması, qan təzyiqi və xolesterinin səviyyəsinə nəzarət çox vacibdir.
Lera Lavskinin fikrincə, qan damarlarının divarlarını gücləndirmək üçün C vitaminindən istifadə etmək mütləqdir. Onun böyük hissəsi qızılgül, duzlu kələm, kivi və qara qarağatın tərkibində olur. Əks göstəriş olmadıqda bütün bu qidaları pəhrizə daxil etmək tövsiyə edilir.
Tags
22 Yanvar 2022, 15:54