Reyhan bitkisinin insan orqanizminə faydaları olduqca çoxdur. Ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhan böyük rol oynayır. Tərkibində antibakterial, anti oksidləyici kimi xüsusiyyətləri olan bu bitkinin qoxusu və dadı da xoşdur.
Reyhanın faydaları bunlardır:
- Həzmi asanlaşdırır
- Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir
- Mədə bulantısı və bağırsaq parazitlərini azaldır
- Sinir sistemini yaxşılaşdırır, depresiyanı azaldır, sakitləşdiri və yuxuverici təsiri var
- Miqren və yaddaş problemini azaldır
- Dəriyə çox faydalıdır
- İmmunitet sistemini gücləndirir
- Bronxlara və ağ ciyərə faydalıdır
- Tərkibindəki maddələr sayəsində xərçəngə qarşı qoruyur
- Cinsi zəifliyi aradan qaldırır
Reyhanı bişirmədən, təzə-tər yemək lazımdır. İfrata varmaq lazım deyil. Bir neçə kiçik yarpağı da öz təsirini göstərir. Xüsusən də ət və salatlarda çox istifadə olunur.
Tags
23 Yanvar 2022, 01:19