Amireka Birləşmiş Ştatlarının Ohayo Universitetinin alimləri insultun riskini azaldan çox sadə və əlçatan vasitə aşkar edib. Onların araşdırılmara görə, gün şüaları ürək-damar sistemini möhkəmləndirir, insult və infarktın riskini azaldır.
Belə ki, gün ərzində yalnız 15 dəqiqə çöldə günün altında olmaq ürək-damar sisteminin vəziyyətini xeyli yaxşılaşdırır. Orqanizmdə D vitamininin çatışmazlığı damarların daxili qatını əmələ gətirən hüceyrələrin zədələnməsinə gətirib çıxarır və nəticədə bu ürək-damar sistemində müxtəlif xəstəliklər yarana bilər. Eyni zamanda D vitamini orqanizmdə azot oksidinin lazim olan səviyyədə saxlanılmasına kömək edir. Azot oksidinin defisiti isə insultun inkişafına səbəb olur.
Beləliklə, alimlərin fikrinə görə orqanizmdə təbii olaraq əmələ gələn D vitamini ürək və damarların bərpası üçün ən əlçatan vasitədir.
Tags
23 Yanvar 2022, 01:59