1. Home
  2. Aestetic
Aestetic

Nigar Rüfət: Həkim üçün ən böyük uğur pasiyentlərin sevgisi, inamı və işinə verilən qiymətdir

24 Yanvar 2022

Beynəlxalq konqres və seminarların iştirakçısı olan "Laser Beauty" klinikasının həkim-kosmetoloqu Nigar Rüfət uğurlu əl işləri və öz texnikaları ilə tanınır. Türkiyədə nüfuzlu təkmilləşdirmə kurslarını bitirən tanınmış həkim zəngin  təcrübəsini kosmetologiya sahəsində uğurla tətbiq edir. 

"Gələcəklə bağlı planlarım çox, arzularım isə tükənməzdir. İşlərimlə dünyanın hər yerində tanınmaq, adımı markaya çevirmək istəyirəm, eyni zamanda Avropada master-klasslar keçməyi planlaşdırıram. Bütün bunlarla yanaşı müxtəlif ölkələrdə kosmetologiya məktəbimi açmaq, əl işlərimi daha çox insana çatdırmaq gələcək planlarımda ilk yerləri tutur", Nigar Rüfət deyir. 

Uğurlu fəaliyyəti ilə hər zaman pasiyentlərin rəğbətini qazanan Nigar Rüfət qeyd etdi ki, əsas məqsədi kosmetologiya sahəsinin inkişafına töhvə verməkdir.  

"Hər zaman çalışıram ki, uğurlu işlərlə seçilim. Həkim üçün ən böyük uğur pasiyentlərin sevgisi, inamı və işinə verilən qiymətdir. Əgər bir həkim gördüyü işlə pasiyentin üzündə təbəssüm və məmnunluq hissi yarada bildisə bu onun üçün böyük xoşbəxtlikdir". 

Health News-a fikirlərini bölüşən Nigar Rüfət dünyada ən çox tələbatlı sahələrdən olan kosmetologiya sahəsinin ölkəmizdə inkişaf etdiyini vurğuladı. 

"Kosmetologiya digər ölkələrə nisbətən Azərbaycanda daha çox inkişaf edib, populyarlıq qazanıb və hazırda bizim işimizdə ən müasir metorlardan istifadə olunur. Bizim xanımların baxımlı olması, tez-tez kosmetoloqa müraciət etməsi bu peşəni hər zaman aktual saxlayır. Təcrübəli kosmetoloqlarımız prosedurları peşəkarcasına aparırlar. Amma çox təəssüf ki, bəzi kosmetoloqların uğursuz işi bu səhənin adına kölgə salır. Belə ki, yalnış texnikalarla, süni dolğular və keyfiyyətsiz botokslarla gündəmə gələrək kosmetologiyaya ikrah hissi yaradan səriştəsiz həkimlər də az deyil". 

Qeyd edək ki, bir müddət əvvəl Nigar Rüfət uğurlu fəaliyyətinə və qazandığı nailiyyətlərə görə "Reputation Inc" şirkəti tərəfindən Fairmont Baku otelində keçirilən "Global Health Awards" layihəsinin qala gecəsində mükafata layiq görülüb. 

"Global Health Awards Azərbaycanda ixtisasım üzrə iştirak etdiyim ilk ödül törəni idi. Peşəkar həkimlərin işini bu cür həvəsləndirici mükafatlarla qiymətləndirmək həqiqətən də çox gözəl addımdır. Belə peşəkar həkimlərin arasında yer aldığım üçün qürurlandım. Tədbir yüksək səviyyədə keçirildi və hər kəsin maraq dairəsində oldu. Gələcəkdə bu kimi tədbirlərdə yenidən yer almaq üçün çalışdığım sahədə inamlı addımlarla irəliləmək, özümü daha da inkişaf etdirmək istəyirəm".