"Global Health Awards layihəsində nüfuzlu və peşəkar həkimlər bir araya gəldi. Çox şad oldum ki, Türkiyəni qardaş ölkədə keçirilən belə bir tədbirdə uğurla təmsil etdim. Layihə yüksək səviyyədə təşkil olunduğu üçün mənim kimi digər həkimlərin də çox xoşuna gəldi. Çox sevindim ki, özümə yeni dostlar da qazandım". Bu fikirləri Health News-a Türkiyənin tanınmış peşəkər həkimi, tiibb dünyasında ən çox tanınan həkimlərdən biri Dr. Ender Saraç deyib.
Yüksək peşəkarlığıyla adından söz etdirmiş Ender Saraç Türkiyənin ilk Təbii Təbabət və Estetik Mərkəzi olan “Hay" Sağlamlıq Mərkəzinin qurucusudur. Hazırda bu mərkəz öz nüfuzuna və xidmətlərinə görə seçilən bir tibb ocağıdır.
Ender Saraç həmçinin Türkiyədə təbii və sağlam yaşamla bağlı məlumatların genişləndirilməsi mövzusunda kitablar yazır, çoxlu sayda televiziya proqramı hazırlayır, seminar və təlimlər keçir.
Qeyd edək ki, müxtəlif şirkətlərə məsləhət xidmətləri göstərən Dr. Ender Saraç 2008 və 2009-cu illərdə Show TV-də yayımlanan "Ender Saraç ilə Sağlam Günlər" proqramı da yüksək reytinqlər aldı və mətbuat aləmində çox səs-küy yaratdı
Etiketlər
26 Yanvar 2022, 17:05