Qarpız dadlı giləmeyvədir. Qarpızın tərkibi insan sağlamlığı üçün faydalıdır.100 qram qarpızın tərkibində 30 kalori var. Eyni zamanda A və C vitaminləri, insan orqanizmi üçün faydalı olan bir çox təbii birləşmələrlə zəngindir.
Qarpızın tərkibində eyni zamanda E və T vitaminləri, tiamin, riboflavin, niasin, B6 vitamini, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selen var.
Qarpız yemək orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və oksidləşdirici stresi azaldır, ürəyi sağlamlaşdırır. Qarpızın orqanizmə faydaları aşağıdakılardır:
1. Orqanizmin su təminatını dəstəkləyir. Su qəbul etmək orqanizm üçün çox vacibdir. Maraqlıdır ki, qarpızın 92 faizi sudan ibarətdir.
2. Qarpızın tərkibində bir sıra antioksidantlar var:
- C vitamini;
- Karotinoid;
- Likopin;
- E kukurbitasini.
3. Xərçəngin qarşısını alır.
4.Ürəyin sağlamlığına müsbət təsir edir.
5. Qarpız dəri və saç üçün də faydalıdır. Qarpızın tərkibindəki A və C vitaminləri dəri və saçın sağlamlığı üçün vacibdir.
6. Həzmi yaxşılaşdırır. Qarpızın tərkibində çoxlu su və az miqdarda sellüloz var. Bu isə düzgün qidalanma üçün vacibdir.
Tags
25 Yanvar 2022, 22:10