Alimlər kartofun insan orqanizmi üçün maraqlı bir araşdırma ediblər. Belə ki, onlar bu nəticəyə gəliblər ki, bişmiş kartof çox faydalı və müalicəvi məhsul hesab olunur.
ABŞ-ın Skrenton Universitetinin alimləri sübut edirlər ki, hər gün bişmiş kartof yeyən insan ürək-damar sistemi xəstəliklərindən qorunmuş olur.
Onların apardığı eksperimentlərdən sonra məlum olub ki, hər gün bişmiş kartof yeyən insanlarda yüksək arterial təzyiq tənzimlənir. Kartofun tərkibində olan bəzi maddələrin təsiri yüksək təzyiqi salmaq üçün istifadə olunan preparatların təsirinə bənzəyir. Bununla yanaşı, bişmiş kartof arıqlamağa da kömək edir.
Tags
29 Yanvar 2022, 21:30