Orqanizmin qocalmasını ən çox sürətləndirən məhsulların siyahısı tərtib olunub.
Alimlərin araşdırmasına görə, bu siyahıya marqarin, duz, şəkər, çörək və spirtli içkilər daxildir.
Duz
Duzun həddindən çox miqdarda istehlakı bir çox xroniki xəstəliklərin riskini artıraraq orqanizmin daha tez qocalmasına səbəb olur.
Şəkər
Şəkərdən həddindən artıq istifadə ürək-damar sistemi xəstəliklərinin başlamasına yol açır.
Çörək
Qlisemik indeksi yüksək olan çörək orqanizmdə şəkərin səviyyəsini qaldırır. Şəkərin artıqlığı isə qocalmanı sürətləndirən ilk amildir.
Marqarin
Transyağlar xroniki xəstəliklərin, xüsusilə ürək-damar sistemi xəstəliklərinin inkişafı riskini artıran səbəblərdir.
Həmçinin transyağlar orqanizmdə su balansını pozaraq qırışların daha tez əmələ gəlməsinə səbəb olur.
Spirtli içkilər
Alkoqol orqanizmin xroniki intoksikasiyasına səbəb olur, bütün orqan və sistemlərə ciddi ziyan vurmaqla yanaşı dərinin qocalmasını da sürətləndirir.
Tags
05 Fevral 2022, 16:42