Bir çox elmi konfransların iştirakçısı, Azərbaycanın bir nömrəli diyetoloqlarından sayılan və "Xəzər" televiziyasında yayımlanan "CanGüdən" verilişinin aparıcısı Tutu Zeynalova Heath News-a müsahibə verib.
Öz sahəsində göstərdiyi uğurlu nəticələrə görə, insanların inamını və rəğbətini qazanan müsahibimizin sözlərinə görə, həkimin ən böyük uğuru onun savadı və sağalan pasiyentləridir:
- Hansı beynəlxalq seminarlarda və konfranslarda iştirak etmisiniz?
"Mütəmadi olaraq öz üzərimdə çalışıram və il ərzində bir çox seminar və konfranslarda iştirak edirəm. Çalışıram ki, özümü daha çox inkişaf etdirim. Azərbaycanda ESPEN-də (Avropa Kliniki Qidalanma və Metabolizma Assosiasiyası) çıxış edən ilk həkim-diyetoloqam. Qeyd edim ki, 2017-ci il Niderlandda keçirilmişdi. Daha sonra Qazaxıstan, Türkiyə və Azərbaycanda da keçirilən beynəlxalq konfransdır. Mədəkiçiltmə əməliyyatından sonra pasiyentlərin qidalanma mövzusunda spiker olaraq çıxış etmişəm.
Azərbaycanda bariatrik (mədəkiçiltmə) əməliyyatından sonra xəstələrin qidalanma mövzusunda təhsil alan ilk diyetoloqam".
-Diyetologiyanın ölkəmizdə inkişafı necədir? Hansı səviyyədədir?
"İllər öncə ilə müqayisədə çox inkişaf edib. Savadlı həkimlər öz üzərlərində çalışır.
Narahat edən tərəfi isə həkim olmayan, tibbi təhsili olmayan bir çox şəxsin diyetologiya ilə məşğul olmasıdır. Haradansa, kiminsə və ya internetdən reseptlər götürərək bunu başqa insanlara satırlar. Yaranan problemlərdən sonra isə bizə müraciət edilir və bu zaman bu problemlərlə biz üz-üzə qalırıq.
Unutmamaq lazımdır ki, diyetologiya tibbi elmdir və bu işlə məşğul olan şəxsin tibbi savadı olmalıdır. Ümumilikdə isə, qeyd etdiyim kimi, öz üzərində çalışan həkimlər çoxdur. İllər öncə ilə müqayisə etdikdə müsbət qiymətləndirmək olar".
- Gələcək planlarınız nələrdir?
"Hazırda bir kitab üzərində çalışıram. Televiziya layihəm davam edir. Bu layihənin daxilində "Tutunun sirləri" adlı rubrika üzərində çalışmışıq, artıq onu yayımlayırıq. Gələcək planlarım yenidən elmi iclaslarda ştirak etmək, daha çox özümü inkişaf etdirməkdir. Hələ ki planlarım bu səpkidədir".
- "Global Health Awards" layihəsi ilə bağlı fikirləriniz, necə keçdi?
"Təqdirə layiq və alqışlanası bir layihədir. Bu layihə həkim və böyük tibb yerlərinin öz üzərində çalışmasına və inkişafına təkan verir. Belə bir layihənin iştirakçısı olmaq, artıq uğur qazanmaq deməkdir. Bu da istər istəməz bizi məcbur edir ki, öz üzərimizdə çalışaq və yaxşıların siyahısında olaq. Bir sözlə motivasiya və mənəvi dəstəkdir. Növbəti iilərdə öz üzərimizdə çalışmaq üçün bir stimuldur".
Tags
07 Fevral 2022, 13:36