Qadın və ya kişi fərq etmədən hər bir kəs kirpiklərinin daha sağlam və gur olmasını arzulayır. Lakin yaşlandıqca kirpiklərin inkişafı dayanır və daha seyrək olurlar. Buna baxmayaraq kirpiklərin qayğısına qalmaq elə də çətin deyil.
Bunun üçün müəyyən yağlardan istifadə etmək olar.
Hint yağı və şirin badam yağı - qaş və kirpiklər üçün zərərsiz, mükəmməl nəmləndirici hesab edilir. Təkcə nəmləndirməklə qalmır, eyni zaman da onları qidalandırır.
Qeyd edilən yağları kirpiklərinizə və qaşlarınıza çəkə bilərsiniz. Bu üsul kirpikləri qidalandırdığı üçün, uzanmalarına səbəb olacaqdır.
Kirpiyin tökülməsinin qarşısını almaq üçün başqa bir üsul isə - 10 qr badam yağı, 5 qr lanolin və 5 qr vazelini əridərək qarışdırmaqla əldə edəcəksiniz.
Bu qarışımı kiçik bir şüşə bankada saxlaya bilərsiniz. Hər gün davamlı olaraq kirpiklərinizə çəkməlisiniz. Daha sonra çobanyastığı çayına pambığı batıraraq kipriklərinizdə saxlayın.
Kipriklərin qayğısına qalmaq və uzatmaq üçün digər keyfiyyətli məhsul isə kakao yağıdır.
Bir stəkan suyu qaynadıb, 1 çay qaşığı ilə hint yağı və 15 qr kakao yağı əlavə edib qarışdırın. Qabı isti su ilə dolu bir başqa qabın içinə qoyub, krem formasında olana kimi isidin. Qarışığı soyudub, 15 gün ərzində yatmadan əvvəl kirpiklərinizə çəkin. Gözlərinizə düşməməsinə diqqət edin. Qarışığı kirpiyin kökündən ucuna doğru istifadə edin.
Tags
07 Fevral 2022, 16:30