Süd, emal edilmiş pendir və kefiri həddindən artıq qəbul etmək olmaz.
Bu barədə açıqlama verən diyetoloq Yevgeni Arzamastsevinin sözlərinə görə, südün tərkibində yağ çox olduğundan bədən üçün zərərli hesab edilir:
"Xolesterolu yüksək olan şəxslər isə süddən istifadə edərkən xüsusilə diqqətli olmalıdırlar. Ümumiyyətlə, yağların vitaminləri mənimsəməyə kömək etdiyini nəzərə alsaq, bu zaman vitaminlərin yox olması da kalsiumun azalmasına gətirib çıxaracaq".
Həkim tərkibində 1,5% və ya 2,5% yağ olan süddən istifadəni məsləhət görüb. Lakin bu zaman da həddin artıq istifadə etməməyi bir daha vurğulayıb:
"Yağsız məhsulların dadını tənzimləmək üçün isə şəkərdən istifadə edilir, bunun üçün də yağsız məhsullardan istifadə məsləhətli deyil".
Məşhur diyetoloqun sözlərinə görə, kefir pəhrizi kandidoza səbəb ola bilər:
"İşlənmiş pendirdən isə imtina etməyə dəyər. Məhsulun tərkibində bədən üçün zərərli olan həddindən artıq natrium var" , - deyə, bildirib.
Tags
08 Fevral 2022, 20:03