Qırışları aradan qaldırmaq və dərini daha təravətli etmək üçün kartof suyundan istifadə etmək olar. Bu tərəvəzin suyunun tərkibindəki vitaminlər, kalium, mis və kükürd sayəsində bir çox dəri-saç problemlərini aradan qaldırmaq mümkündür. Bunun üçün kartof suyunu zeytun yağı ilə qarışdıraraq göz ətrafı və boynunuz daxil olmaqla üzünüzə çəkməlisiniz.
Əgər daha parlaq dəri əldə etmək və ya tonunu açmaq istəyirsinizsə, kartof suyuna limon suyu əlavə edib istifadə edin. Bu tərkib həm də ləkələri müalicə edəcəkdir. Kir və yağla dolu məsamələri təmizləmək üçün isə bu suya bir qaşıq soda əlavə edin. Gözdəki şişkinliyi aradan qaldırmaq üçün kartof suyuna xiyar suyu əlavə edib göz qapaqlarına və ətrafına çəkib, 15 dəqiqə gözləməlisiniz. Bu şişlə yanaşı bütün yorğunluğu da aradan qaldıracaq.
Tags
10 Fevral 2022, 16:12