Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u675392545/domains/healthnews.az/public_html/app/Helpers/Security.php on line 91
Enerji içkisi hamilə qadınlarda dölün tələfinə səbəb ola bilər - Aidə Mirzəyeva
  1. Home
  2. Health Care
Health Care

Enerji içkisi hamilə qadınlarda dölün tələfinə səbəb ola bilər - Aidə Mirzəyeva

25 Aprel 2022

"Enerji içkiləri həqiqətən də enerji vermir. Və ani ölümlərdən tutmuş ciddi kliniki problemlərə qədər, bir çox təhlükəni özündə ehtiva edir".

Bu fikirləri enerji içkilərinin zərərləri ilə bağlı Healthnews-a ailə həkimi Aidə Mirzəyeva bildirib.

Onun sözlərinə görə, tərkibində yüksək miqdarda şəkər, kofein, fiziki və zehni gücü artıran taurin, inositol, qlükoronolakton var ki, bunlar da asılılıq yaradan maddələrdir.

"Bu səbəbdən də 18 yaşdan aşağı, həmçinin yaşlılara, yüksək təzyiqi olanlar, hamilə, metabolik xəstəliyi və kofeinə qarşı həssas olan insanlara tövsiyə olunmur. Enerji içkiləri bədəni ehtiyat enerjisini istifadə etməyə məcbur edir. Bu enerji isə sonsuz deyil və tükənir. Faydası olmayan bu içkinin zərəri isə kifayət qədərdir. Tərkibində şəkər çox olduğuna görə bədənin su itirməsinə səbəb olur. Enerji içkiləri alkoqol və dərman preparatı ilə birlikdə istifadə edildikdə ciddi kliniki problemlərə yol aça bilir. Bu içki bəzi hallarda kofein zəhərlənməsinə də gətirib çıxara bilər. Alkoqol ilə birlikdə qəbul edildikdə isə alkoqol zəhərlənməsinə yol açır.

Hamilə qadınlara isə xüsusən məsləhət görülmür. İlk aylarda qəbul edilən enerji içkisi dölün itirilməsinə gətirib çıxara bilər", - deyə A. Mirzəyevə qeyd edib.