Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/u675392545/domains/healthnews.az/public_html/app/Helpers/Security.php on line 91
Saç əkimi zamanı bunlara mütləq diqqət yetirilməlidir - Gülnar Mirbabayeva
  1. Home
  2. Health Care
Health Care

Saç əkimi zamanı bunlara mütləq diqqət yetirilməlidir - Gülnar Mirbabayeva

23 Dekabr 2021

"Saç əkimi zamanı pasiyentin psixoloji durumuna mütləq diqqət yetirilməlidir. Onun bu prosedurdan gözləntiləri nəzərə alınmalıdır". 

Bu fikirləri "Healthnews"a bir çox beynəlxalq təlim və konfransların iştirakçısı, saç əkimi cərrahı Gülnar Mirbabayeva deyib.

"Prosedur zamanı pasiyentlə konsultasiya edilməli və onun gözləntiləri nəzərə alınmalıdır. Ümumiyyətlə, bu prosedur yerinə yetirilən zaman pasiyentin bazası da diqqətə alınmalıdır. Çünki əkilən tükləri hər hansı bir yerdən almaq mümkün deyil. Bunun üçün də pasiyent özü donor rolunu oynayır. Belə halda bazası nəzərə alınaraq, pasiyent son nəticə ilə bağlı mütləq şəkildə məlumatlandırılmalıdır. Razılıq verdiyi halda saç əkimi proseduru yerinə yetirilə bilər". 

Pasiyentlərin xarici ölkələrdəki mütəxəssislərə üz tutmasına münasibət bildirən peşəkar həkim G. Mirbabayeva ölkəmizdə də bu proseduru peşəkar şəkildə yerinə yetirən mütəxəssislərin olduğunu bildirib:

"Necə ki, daha əvvəlki illlərdə biz də peşəkarlığımızı və biliyimizi artırmaq üçün xarici ölkələrə üz tuturduqsa, eyni ilə pasiyentlər də xarici ölkələrdəki mütəxəssislərə üz tuturdular. Lakin, hazırki dövürdə bunun çox nadir hallarda olduğunu deyə bilərəm. Artıq ölkəmizdə bu sahədə peşəkarlaşan və öz sözünü deyən mütəxəssislər var. 

Bu proseduru ölkəmizdə etdirməyin müsbət cəhətləri çoxdur. Ən əsası ondadır ki, həkimlə daim əlaqədə ola və vaxt aşırı konsultasiyaya gəlib, suallarını verə bilirlər. Lakin başqa bir ölkədə əməliyyat olunduğu zaman bu avantaj olmur". 

Onun sözlərinə görə, həkimin ən böyük uğuru müraciət edən pasiyentin artıq başqa bir şəxsə öz mütəxəssisini məsləhət görməsidir:

"Pasiyent əməliyyat edildikdən sonra gedib və bir daha geri dönmürsə, deməli, bu uğursuz əməliyyatdır. Lakin başqa bir pasiyenti öz mütəxəssisinə yönləndirirsə, deməli, əməliyyat həqiqətən də uğurlu olub və razı qalıb. 

Əlavə olaraq mütəxəssisin adı çəkildiyi zaman onun peşəkarlığı və savadından danışılırsa, sahəsində öz sözünü deyən biri olmağı bacarıbsa, bunu da həkimin ən böyük uğuru hesab etmək olar" - deyə, həkim Gülnar Mirbabayeva fikirlərini bölüşüb.