Emre İlhan 1976-cı ildə İstanbulda anadan olub. Liseyi bitirdikdən sonra elə həmin ili Ege Universitetinin Tibb fakultəsinə daxil olur. Təhsilini tamamladıqdan sonra 2001-2005-ci illərdə Qulaq -Burun -Boğaz cərrahiyyəsi ixtisasını tamamlayır. 2005-2006-ci illərdə Ərzurumda Hərbi Hospitalda hərbi xidmətində olur. 15 ildən çox müddətdə bu sahədə olan Dr. Emre İlhan dünyanın bir çox yerində və Türkiyədə rinoplastika sahəsində bir çox uğurlu işlərə imza atmışdı. O, Qulaq Burun Boğaz Baş Boyun Cərrahiyyəsi Vəqfi tərəfindən Türkiyədə hər il keçirilən “Rinoplastika İnnotiv Yanaşmalar” konfransını təşkil edir. Türk rinoplastika cəmiyyətinin ən yenilikci heyətini bir araya gətirən konfransda əsasən qabaqcıl texnikalar, ən son texnologiyalar, rinoplastikada yeni fəlsəfələr müzakirə olunur. Xüsusilə son 5 ildə səriştəli həkim milli və beynəlxalq konfranslarda məruzəçi kimi iştirak edir.
Tags
30 İyul 2022, 00:58