1990-cı ildən səhiyyə sektorunda çalışan Meri İstiroti Türkiyədə peşəkar xəstəxana idarəçiliyini tətbiq edən ilk menecerlərdən biridir. Boğaziçi Universitetinin Psixologiya fakültəsini bitirdikdən sonra İstiroti Sağlamlıq və Xəstəxana İdarəçiliyi üzrə magistr təhsili alır.1990-1998-ci illər arasında Beynəlxalq Xəstəxanada çalışan İstiroti, Acıbadem Sağlamlıq Qrupunun daxili və beynəlxalq marketinq sahələrində və qrupun yeni xəstəxana açılışlarında iştirak etmişdir. 2007-2010-cu illərdə Türkiyənin beynəlxalq ticarətlə bağlı ən öndəgedən qeyri-hökumət təşkilatlarından biri olan DEİK Sağlamlıq Komitəsinə sədrlik edib.
Dünya Göz və Bozlu Holdinqdəki fəaliyyətinin ardınca 2012-ci ildə o Qurucu Baş Menecer olaraq Liv Hospital layihəsinə başlayıb. Meri İstiroti bu gün də Liv Hospitalda Qrup Koordinatoru olaraq fəaliyyətini davam etdirir. O, 28 ildən artıqdır ki, səhiyyə idarəçiliyi sənayesindədir və karyerasında 16 layihə müəllifidir. Liv Hospital isə bu layihələrdən 14-cüsüdür.
Hospital Manager jurnalı tərəfindən iki dəfə peşəsi üzrə mükafata layiq görülən Meri İstiroti, 2019-cu ildə iki ayrı ofisdən "peşəkar şərəf mükafatı"na layiq görülüb. Meri İstiroti 23 Mart Azərbaycanın paytaxttı Bakı şəhərində baş tutan Global Woman Awards layihəsində ən yaxşı tibb idarəçisi ödülünə layiq görülmüşdür. “30 Yaşa Mektuplar”, “Son Söz Doktorların” ve “Pusula” adlarında üç kitabı işıq üzü görüb.
Tags
01 Avqust 2022, 03:07