Yaşlanma təbii və geri dönüşü olmayan bir prosesdir. Yaşlanmaya qarşı bir üsul və ya maddə hələ tapılmasa da müasir dövrdə erkən yaşlanmanın qarşısını almaq mümkündür. Son onillikdə tibbin sürətlə inkişaf edən sahələrindən biri kimi estetik cərrahiyyə ön plana çıxır. Türkiyədə estetik cərrahiyyə sahəsində peşəkar həkimlərdən ibarət top 10-luqu təqdim edirik:
Op. Dr. Bülent Cihantimur
Estetik İnternational sağlıq qrupunun qurucusu və rəhbəri Op. Dr. Bülent Cihantimur 23 illik təhsil və təlim keçmiş cərrah, innovativ baxış bucağı olan, texnika və üsullarla, Qızıl Neştər düşərgəsini qazanan bir cərrahdır. O, estetik cərrahiyyə seçimlərini, seçdiyi klinikaları, öz üstünlüklərini və biznes sahələrini bu gün Doctor B məhsulunun inamı və peşəkarlığı ilə idarə edir. Milli və beynəlxalq səviyyədə vizual olaraq seçilən gördüyü qüsursuz işlər sahəsində bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb. Dünyanın azsaylı lüks cərrahlarından biri olan Doktor B, mükəmməllikçi və VIP xidməti ilə xəstələrinə eyni təcrübəni təqdim edir. Estetik International-un qurucusuOp. Dr. Bülent Cihantimur tərəfindən hazırlanmış 8 texnika var. Metodlara tətik barmağının cərrahi olmayan müalicəsi, qulaq estetikası, yağ transfer sistemi, hörümçək toru estetikası, orqanik saç transplantasiyası, sadə estetika, ayaqların gözəlləşdirilməsi və. s daxildir.
Dr. Serdar Eren
Türk məşhurların estetik həkimi Dr. Serdar Eren 1954-cü ildə Ankarada anadan olub. 1977-ci ildə tibb ixtisası üzrə İstanbul Universitetini bitirib daha sonra Köln, Agatha-Hospital Cərrahiyyə Klinikasında cərrah assistenti kimi fəaliyyətə başlamışdı.1980-ci illərdə estetik-plastik cərrahiyyə, əl cərrahiyyəsi və rekonstruktiv mikro cərrahiyyə təhsilini də tamamladıqdan sonra Köln-Merheim Xəstəxanasının Plastik Cərrahiyyə və Ağır Yanıq Mərkəzində əl cərrahiyyəsi və mikro-cərrahiyyənin yaradılmasına nail olur. Dr. Serdar Eren, 2010-cu ildə o Acıbadem Sağlamlıq Mərkəzinin səyləri nəticəsində Türkiyəyə qayıdır və bu qrupun Maslak xəstəxanasında Serdar Eren Sağlamlıq və Estetik Mərkəzini quraraq vətənində xidmət edir. Alman Plastik Cərrahlar Assosiasiyasının, Almaniya Estetik-Plastik Cərrahlar Assosiasiyasının və bir çox milli və beynəlxalq ixtisaslaşmış birliklərin üzvü Dr. Eren həmçinin Almaniyada və Türkiyədə estetik plastik və rekonstruktiv cərrahiyyə təhsili alan gənc cərrahlara təlim imkanları yaradaraq bu sahədəki təcrübələrini bölüşür.
Prof. Dr. Onur Erol
Türkiyəni dünyaya tanıdan cərrah Onur Erol orta təhsilini İstanbuldakı Saint-Joseph Fransız Liseyində bitirdikdən sonra tibb sahəsini seçir. O, damar dərisi qapaqlarının istehsalı üzrə dissertasiya işi ilə iştirak etdiyi beynəlxalq müsabiqədə gənc alim fəxri adına layiq görülür. Onur Erolun 1980-ci illər fəaliyyəti Amerika ilə bağlıdır. Amerikada professor adını qazanan Onur Erol, fəaliyyəti dövründə bir çox mükafatla yanaşı, Amerika Xərçəng Cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdür. Onur Erol hələ 1989-cu ildə rinoplastikada bir yeniliyə imzaq atdı. Onun “rinoplastika lokumu” adlandırdığı texnika, qığırdaq toxumasının məcun halına gətirilərək sərt toxumaya ehtiyac olan nahiyəyə kəsik etmədən yeridilməsi prosesidir. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən estetik və plastik cərrahiyyə konqresində o, 2000 cərrahın iştirakı ilə canlı əməliyyat edərək rinoplastika metodunu nümayiş etdirmişdi. Onur Erol 2007-ci ildə Amerika Plastik Cərrahiyyə Dərnəyi və Plastik Cərrahiyyə Təhsil Vəqfinin qurucusu Jak V. Maliniak şərəfinə verilən Maliniac Lecture mükafatı ilə təltif olunub.
Prof. Dr. Reha Yavuzer
Türkiyənin tələbatlı estetik cərrahı Reha Yavuzerin peşəkarlığa qədər keçdiyi yola birgə nəzər salaq. Dr. Reha Yavuzer ilkin tibb təhsilini Ankara Universitetində alıb. 1992-ci ildə təcrübə keçmək üçün Böyük Britaniyaya gedir və burda Edinburq Universitetinin narkoloji bölməsində təkmilləşir. 1992-1998-ci illərdə isə Qazi Universitetində plastik, rekonstruktiv və estetik cərrahi müalicə kafedrasının rezidenturasını bitirir. Bundan sonra o, ABŞ-ın Providence Xəstəxanasında kəllə-üz cərrahiyyəsi İnstitutunda 12 aylıq təcrübə keçir.2010-cu ildən etibarən Koç Universitetində müəllim kimi fəaliyyət göstərir. Dr. Reha 2013-cü ildə İstanbulda, öz sağlamlıq müəssisəsi olan Rene klinikasını qurub. O, Beynəlxalq jurnallarda çap olunmuş 119 məqalə və 4 kitabın müəllifidir.
Op. Dr.Osman Oymak
Osman Oymak 1956-cı ildə Parisdə anadan olub.O, Fransız Kollecindən sonra təhsilini Çapa Tibb Fakültəsində davam etdirir. Burda plastik cərrahiyyə ixtisasını bitirən Dr. Oymak ABŞ-ın Norfolk Virciniya ştatında üz iflici cərrahiyyəsi üzrə magistr dərəcəsi alır.1991-ci ildən Oymak Plastik Cərrahiyyə Klinikasında özəl həkim olaraq çalışan Dr.Osman Oymakın konqres və jurnallardakı məqalələr xaricində “Döş protezi”, “Liposkulptura” və “Qrafinya Kim Gerdi” adlı üç kitabın müəllifidir.
Prof. Dr. Cenk Şen
Prof. Dr. Cenk Şen 1968-ci ildə Bursada anadan olub. 1985-ci ildə Bursa Cümhuriyyət Liseyini dövrün ən yaxşı tələbəsi olaraq bitirdi və daha sonra Hacettepe Universiteti Tibb Fakültəsində peşəsinə ilk addımlarını atdı. 1992-ci ildə həkim olaraq məzun oldu və Hacettepe Universiteti Uşaq Sağlamlığı və Xəstəlikləri Departamentində bir il elmi işçi olaraq çalışdı. Rekonstruktiv cərrahiyyə sahəsində 50-dən çox milli və beynəlxalq elmi məqalənin müəllifi olan prof. Dr. Cenk Şen estetik cərrahiyyədə özünəməxsus texnikaları ilə seçilir. Onun yazdığı beynəlxalq məqalələr arasında bir çox orijinal cərrahi üsullar mövcuddur O, rinoplastika və xüsusi ixtisas sahəsi olan revizion rinoplastika üzrə ixtisaslaşmışdır
Op. Dr. Seyfi Akbay
Türkiyənin məşhur Ulduzlarının həkimi, plastik və rekonstruktiv cərrahiyyə mütəxəssisidir. İstanbulun Beşiktaş bölgəsinin mükafatlı estetik həkimi Dr. Seyfi Akbay Avropa Standartlarında estetik cərrahiyyə müdaxilələri ilə tanınır. Yeri gəlmişkən, o, Türkiyədə qeyri-cərrahi xüsusi estetik prosedurlar baxımından da xüsusi bacarıqları olan həkimdir.
Op. Dr. Selçuk Aytaç
Türkiyənin peşəkar Estetik, Plastik, Rekonstruktiv Cərrahlarından biridir. O, Ankara Universiteti Tibb Fakültəsində başladığı bakalavr təhsilini 1999-cu ildə tamamlayaraq Tibb Elmləri Doktoru adını alır. 1999-2005-ci illərdə Uludağ Universiteti Tibb Fakültəsini bitirib Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə üzrə Mütəxəssis olur. O, Osteobariatrik cərrahiyyədən sonra həyata keçirdiyi plastik cərrahiyyə əməliyyatları ilə arıqladıqdan sonra dəridə olan deformasiya və sallanma hallarının qarşısını alır. Op.Dr. Selçuk plastik cərrahiyyədə geniş istifadə olunan döş protezi, genital estetika, döş qaldırma, burun estetikası onun praktikasında önəmli yer tutur. Hazırda o, öz şəxsi klinikasında fəaliyyətini davam etdirir. Fəaliyyət müddəti ərzində o çoxsaylı məqalələri və müsahibələrin müəllifidir.
Op. Dr. Ülvi Güner
Bu gün Türkiyədə ən çox ehtiyac duyulan estetik cərrahlardan biridir Ülvi Güner. O, 1985-1991-ci illərdə Ege Universitetində Tibb təhsilini tamamlayıb. Plastik və Rekonstruktiv Cərrahiyyə üzrə ixtisaslaşan Ülvi Günerin sonrakı fəaliyyəti Nyu York Universiteti və Klivlend Klinikası ilə bağlıdır. ABŞ-də toksin və plomb tətbiqləri, üz liftinqi, göz qapağı estetik əməliyyatları və s. üz estetik cərrahiyyəsi tətbiqləri, həmçinin liposuction daxil olmaqla döş və qarın estetik əməliyyatları üzrə təkmilləşən peşəkar həkim hazırda fəaliyyətini şəxsi klinikasında davam etdirir.
Op. Dr. Alpaslan Yıldırım
1979-cu ildə Türkiyənin Karabük bölgəsində anadan olub. 1996-cı ildə Karabük Anadolu Liseyini bitirən Yıldırım İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə daxil olmaq hüququ qazanıb, təhsilini orada davam etdirir. 2003-2009-cu illər arasında İstanbul Təhsil və Araşdırma Xəstəxanasında Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi ixtisasını bitirir. Dr. Alpaslan Yıldırım bu illər ərzində daim öz üzərində işləyib, özünün inkişaf etdirir.Fəaliyyətə başlayandan bu yana 20 minə yaxın əməliyyat keçirən Op. Dr. Alpaslan Yıldırım Estetik və Funksional Burun Cərrahiyyəsi üzərində intensiv şəkildə işləməyə davam edir. İzmirli plastik cərrah Türkiyədə çıxıq qulaq cərrahiyyəsi (Otoplastika) və orta qulaq cərrahiyyəsi sahəsindəki bacarığı ilə də tanınır.
Tags
13 Avqust 2022, 17:36