2005-ci ildə biznes fəaliyyətinə başlayan Nəzrin Sadıxova İsveçrə saatları və zərgərlik məmulatlarının rəsmi təmsilçsi olan Swiss House şirkətinin sahibi olub. O, Beynəlxalq Biznesin İdarəedilməsi üzrə İngiltərədə ali təhsil alan xanım Sadıxova uzun müddət İsveçrədə yaşayıb. Bu müddət ərzində nüfuzlu sahibkar xanım kimi, Avropanın bir çox biznes layihələrinə qatılaraq böyük nailiyyətlər qazanmış, müvafiq sertifikat və mükafatlarla təltif edilmişdir.
İş xanımı 2020-ci ildən Bakıda, Gəncədə və Şəmkirdə yerləşən və tərkibində üç klinikanı birləşdirən "Spektr Medical" şirkətlər qrupunun idarə heyətinin sədridir. O, həmçinin ölkə səviyyəsində bir sıra ictimai faydalı layihələrin rəhbəri olub. Artıq uzun illərdir ki, o fiziki və əqli imkanları məhdud olan, valideynlərini itirmiş xəstə və əlil uşaqlara humanitar yardım göstərən "SABAH" humanitar təşkilatına rəhbərlik edir. 2022-ci ildə Azərbaycanda biznes klubu olan "GABA" şirkətini təsis edib. Bu şirkət sahibkarları bir araya gətirərək onların işgüzar münasibətlərinin daha da şaxələnməsinə və güclənməsinə dəstək olur, startap layihələrə və gənc sahibkarlara fəal şəkildə dəstək verir. Nəzrin Sadıxova eyni zamanda “InterFest”, “Uğura Doğru”, kimsəsiz uşaqlar üçün xeyriyyə layihələri olan “İstedadlı Sabahlar” kimi layihələrin rəhbəri və təşkilatçısıdır.
Tags
13 Avqust 2022, 18:43