1. Home
  2. Person
Person

Spotify tərəfindən Türkiyənin ən çox dinlənən psixoloqu- Beyhan Budak

14 Avqust 2022

Ankarada dünyaya gələn tanınmış psixoloq  Beyhan Budak  ibtidai və orta məktəbi  burda  bitirdikdən sonra İstanbul Universitetinin Psixologiya fakültəsinə daxil olub bu şəhərə köçür. Təhsil aldığı müddət ərzində İstanbulun elm, mədəniyyət və incəsənət sahəsindəki qeyri-məhdud imkanlardan  istifadə edib  çoxlu insanlarla tanış olur. Tam 4 il İstanbulda qaldıqdan sonra yenidən Ankaraya qayıdaraq bir müddət  burada uşaqlar və ailələri ilə çalışır.Daha  sonra Tedaş Ümumi Müdirliyində işə başlayır. Lakin etmək istədiyi işin bu olmadığına qərar verdikdən sonra Tedaşdan istefa verib və Səhiyyə Nazirliyində həkimlik fəaliyyətinə  başlayır. Bakalavr təhsilindən sonra o, 2011-ci ildə Qazi Universitetində Psixoloji Məsləhət və Rəhbərlik,  2016-cı ildə İstanbul Esenyurt Universiteti Klinik Psixologiya üzrə magistr təhsilini tamamlayır.

Beyhan Budak  hazırda təsisçisi olduğu Fenomen Psixoloji Məsləhət və Təhsil Mərkəzində müəssisələrə psixoterapiya, psixoloji məsləhət və təlim xidmətləri göstərir. Eyni zamanda o sosial şəbəkələrdə yayımlanan məşhur psixologiya və şəxsi inkişafla bağlı videolar  ilə məşhurdur. Bu günə kimi bu videolar 1 milyon 300 mindən çox insan tərəfindən izlənilib.Türkiyə Psixoloqlar Dərnəyinin üzvü olan məhsuldar psixoloq  “Kuzucuk”, “Elifin yuxuları” kimi cizgi filmlərinin ssenari məsləhətçisi,və psixologiya sahəsində 3 kitabın müəllifidir.

2018-ci ildə Antalyada keçirilən TedX Kaleiçi tədbirində “Xoşbəxtlik satın aldığınız şey deyil!” və 2019-cu ildə  izmirdə  keçirilən “İnsan necə dəyişir, necə dəyişmir?” seminarlarındakı çıxışları ilə yadda qalan Beyhan Budakın podkast kanalı  2020-ci ildə Spotify tərəfindən Türkiyənin ən çox dinlənən podcast kanalı elan edilmişdi.