Dermatoveneroloq, kosmetoloq, Estelab klinikasının baş həkimi və Beautiful Face Always brendinin yaradıcısı Yuliya Çebotareva 1998-ci ildə Orenburq Dövlət Tibb Universitetində bakalavr üzrə, 2000-ci ildə isə eyni universitetdə Dermatovenerologiya üzrə rezidentura təhsilini başa vurur. 1997-ci ildən gözəllik mütəxəssisi kimi fəaliyyətə başlayan Yuliya Çebotareva bir neçə il sonra şəxsi səbəblərdən Moskvaya köçür. Müxtəlif klinikalarda işləyən kosmetoloq, paralel olaraq təhsilini də, davam etdirərək 2019-cu ildə Moskva Dövlət Qida İstehsalı Universitetindən məzun olaraq fəlsəfə doktoru adını alır.
Yuliya Çebotareva öz ölkəsi və onun sərhədlərindən kənarda kifayət qədər tanınan kosmetoloqdur. Xəstə qəbulu, biznesin inkişafı və çoxuşaqlı ana rolu təcrübəli həkimin gündəlik həyatının əsasını təşkil edir.Onun kosmetologiyaya hər zaman fərdi baxışı olub. Sürətli inkişaf və yeni texnologiyaları tətbiq etmək istəyi ilkin zamanlar işlədiyi yerlərdə ona çətinlik törədir. Beləliklə Yuliya Çebotareva öz klinikasını açmaq qərarına gəlir. Effektiv kosmetologiya klinikası olan Estelab Moskvanın mərkəzində yerləşir. Üz və bədən dərisinin estetik qüsurlarının müalicəsi və korreksiyası, bədən quruluşu, saçların müalicəsi sahəsində xidmətlər göstərir. Klinikada inyeksiya və aparat kosmetologiyasının həm zamanla sınanmış, həm də innovativ üsullarından istifadə olunur. Estelab Education isə klinikanın nəzdində yaradılan və bu sahə üzrə mütəxəssislər yetişdirən beynəlxalq təlim mərkəzidir. Ekspertlər burada master klass, təlimlər, mühazirələr və seminarlar keçirirlər. Yuliya Çebotareva mərkəzdə 300-dən çox təlim keçib. Effektiv kosmetologiya Estelab klinikasının devizidir.
Məşhur kosmetoloq Allergan tərəfindən CoolSculpting, Syneron Candela, IPSEN, GALDERMA-dan sertifikatlı təlimçi, Amerika Lazer Tibb və Cərrahiyyə Cəmiyyətinin və Forbes Qadın Klubunun, Forbes Şurasının üzvüdür. Vogue jurnalında ən yaxşı kosmetoloq seçilən Yuliya Çebotareva həm də "Beautiful Face Always" şirkətinin təsisçisidir.Peşəkar həkim bu sahədə 24 illik iş təcrübəsinə malikdir.
Tags
20 Avqust 2022, 19:55