Orta Şərqdə öz sahəsəsi üzrə peşəkar olan livanlı dietoloq Vera Matta Livan Notr Dam Universitetində qidalanma və dietetika üzrə bakalavr dərəcəsini bitirib. Daha sonra Nyu Yorkda yerləşən Princely Beynəlxalq Universitetində magistr təhsilini davam etdirən Vera Matta 2019-cu ildə qidalanma və pəhriz terapiyası üzrə fəlsəfə doktoru adını qazanır.O, 2009-cu ildən müxtəlif xəstəxanalarda təcrübə keçdikdən sonra fəaliyyətə başlayır.
10 illik klinik təcrübəyə malik dietoloq fəaliyyət göstərdiyi müddət ərzində piylənmə, böyrək problemləri, dializ, hipertoniya, ürək-damar xəstəlikləri kimi problemlərlə müraciət edən xəstələri qəbul edib.O eyni zamanda hamiləlik, laktasiya, uşaqlıq piylənməsi, yeniyetmələrdə yemək pozğunluğu kimi bir çox xəstəlikləri yaxından araşdırıb.
Sosial mediada kifayət qədər aktiv olan Doktor Matta, artıq çəkidən əziyyət çəkən insanlara verdiyi sürətli və təhlükəsiz arıqlama üsulu ilə adından söz etdirməyi bacarır. O, yeni arıqlama üsulları tətbiq edir, hər bir xəstəyə görə müalicələri fərdiləşdirir.
Ərəb, ingilis və fransız dillərində sərbəst danışan tanınmış dietoloq MTV və London tv-də, pəhriz və sağlam həyatla bağlı verilişlərin müəllifidir.
Milanda, Romada, Parisdə, Londonda və Dubayda keçirilən bir çox beynəlxalq sağlamlıq konqreslərində məruzələrlə çıxış edən Dr. Matta hazırda Dubayda tanınmış klinikalardan birində fəaliyyətini davam etdirir.
Tags
25 Avqust 2022, 20:31